Yuxarı

“Ölülər” xalq artistinin yubileyinə həsr edildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ölülər” xalq artistinin yubileyinə həsr edildi

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli tamaşa nümayiş olunub.

Kult.az xəbər verir ki, tamaşa xalq artisti Nurəddin Mehdixanlının 65 illiyinə həsr edilib.

Səhnə əsərinin nümayişindən əvvəl Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova mədəniyyət naziri Anar Kərimovun, Akademik Milli Dram Teatrının direktor müavini Hacıbaba Məmmədov teatrın bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovun Nurəddin Mehdixanlıya ünvanladığı təbrik məktubunu oxuyub.

Qeyd olunub ki, Nurəddin Mehdixanlı yaratdığı obrazlarla tamaşaçı qəlbini fəth edib. O, Akademik Dram Teatrın səhnəsində bir-birindən maraqlı obrazlar qalereyası yaradıb. Nurəddin Mehdixanlının sənəti dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib və o, bir sıra mükafatlarla təltif edilib.

Nümayişdən sonra Nurəddin Mehdixanlı diqqət üçün Mədəniyyət Nazirliyinin və Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkür edib.

Xalq artisti Azər Paşa Nemətovun quruluşçu rejissoru olduğu tamaşada görkəmli bəstəkar, xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim edilib.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

“Ölülər”in Şeyx Nəsrullahı xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə əməkdar artist Anar Heybətov olub.

Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Sabir Məmmədov, Əli Nur, əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Mətləb Abdullayev, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova və Firuzə Balayeva məharətlə canlandırırlar.

Tarix
2021.10.17 / 13:11
Müəllif
Kult.az
Digər xəbərlər

Bakıda əmlak bazarı çökdü: Bu evlərin qiyməti kəskin düşəcək

Azərbaycanda dollar ucuzlaşdı

İlham Əliyev İvanaşvili ilə görüşdü

Mehriban Əliyevanın şərəfinə Tiflisdə lanç verildi

“Azercell” “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik etdi

İlham Əliyevlə Kobaxidzde bəyanatlarla çıxış etdilər

Əliyeva Tiflisdə Azərbaycan Mədəniyyəti Muzeyində...

ABŞ-ın inanılmaz əməliyyatı: İrana nələr edəcəyini göstərdi!

Qanlı toqquşmalar, müharibələr və itkilər baş verir...

Bu, bizim üçün əsas nəqliyyat damarıdır - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla