Yuxarı

Nazirlikdə aparılan islahatların məqsədi... - Anar Kərimov

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyində iki yeni şöbə yaradılıb. Bunlardan biri Yaradıcı sənayelər və rəqamsal inkişaf şöbəsidir. Adından da göründüyü kimi bu yeni yanaşma ilə bağlı formalaşdırılan strukturdur.

Kult.az xəbər verir ki, bunu Report-a açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

Onun sözlərinə görə, yaradıcı sənaye hazırda dünyada çox inkişaf etmiş bir sahədir: “İstəyirik ki, bu təcrübəni Azərbaycana gətirək. Aparıcı ölkələrin bununla bağlı təcrübələrini də öyrənirik. Yaradıcı sənayelər ümumi daxili məhsulun artırılmasına, iqtisadiyyatın inkişafına böyük töhfə verə biləcək bir sahədir. Ona görə də istəyirik ki, bu sahəyə fokslanaq və fəaliyyətimizi bu sahədə inkişaf etdirək”.

Nazir bildirib ki, digər şöbə isə Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsidir:

“Adından da göründüyü kimi, işimizi daha çox layihəyönümlü fəaliyyətə çevirmək istəyirik. Hər bir layihəyə investisiya qoyulan zaman onun konkret nəticələri nəzərdən keçiriləcək və qiymətləndiriləcək”.

Tarix
2021.11.23 / 14:43
Müəllif
Kult.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla