Yuxarı

Ən nüfuzlu 4 azərbaycanlıdan biri - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən nüfuzlu 4 azərbaycanlıdan biri - Video

Dünya şöhrətli muğam ifaçısı Alim Qasımov 14 avqust 1957-ci ildə Qobustan rayonunun Nabur kəndində anadan olub. Bu gün böyük sənətkarın 58-ci doğum günüdür.

Alim Qasımovun musiqi duyumu, istedadı hələ uşaq vaxtından hamıya məlum olsa da, ailəsinin ona bu sahədə təhsil vermək imkanı yox idi. Atasının kəsdiyi keçinin dərisindən hazırlanan dəf gələcəyin böyük musiqiçisinin ilk aləti oldu.

Sonralar Bakıda tanınmış muğam ustalarından dərs alan Alim Qasımov özü də bu sahədə, xüsusilə, "tarab" janrı ilə bağlı araşdırmalar aparmağa başlayır.

İstedad heç vaxt itib batmır. Alim Qasımov da məhz istedadı sayəsində bir-birinin ardınca uğurlar qazanmağa başlayır. O, 1999-cu ildə Beynəlxalq IMC UNESCO Musiqi Mükafatını alıb. ABŞ-ın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan biri olub.

Alim Qasımov İngiltərə, Fransa, Almaniya, İspaniya, Braziliya, Yaponiya və Amerika Birləşmiş Ştatları və s. ölkələrdə konsertlər verərək Azərbaycan muğamını dünyaya tanıdır.

Axar.az olaraq sənətkarın doğum gününü təbrik edir və onun ifasında "Şirvan şikəstəsi"ni təqdim edirik:

Tarix
2015.08.14 / 15:12
Müəllif
Nigar An
Digər xəbərlər

Prezident tapşırıq verdi: Diplomatlarımız təxliyə edildi

Bu hücumu qətiyyətlə pisləyirik - Pelleqrini

BMT də Naxçıvana hücuma səssiz qalmadı

Tsviyanoviçdən Əliyevə: Biz bunu qəti şəkildə qəbul etmirik

Bu səhifə Azərbaycanla bağlı dezinformasiya yayır

İlham Əliyev Babişə təşəkkür etdi

SEPAH Azərbaycanda bu hədəflərə hücum hazırladı - Video

Çexiya baş naziri İlham Əliyevə məktub göndərdi

Herisçi Təbrizdən müraciət yaydı: Onu məcbur ediblər? - Video

İlham Əliyev Vuçiçlə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla