Yuxarı

Aktyorlar deputatı bu cür hədəfə çevirdilər - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Komedixana” aktyorları ilə deputat Etibar Əliyev arasında qalmaqal növbəti mərhələyə qalxıb.

Kult.az xəbər verir ki, hər şey deputat Etibar Əliyevin bir müddət öncə “Komedixana” haqda tənqidi fikirlərindən sonra alovlanmağa başladı.

“Təsadüfən Xəzər TV-nin "Komedixana" kimi urvatsız bir verilişinə baxdım. Bir məsələ məni düşündürdü: Görəsən bu verilişdə iştirak edənlərin heç olmasa kollec təhsili varmı? Bunlara komediya haqqında dərslər, aktyorluq dərsi, davranış dərsi keçilibmi?” – deputat yazmışdı.

Etibar Əliyev Xəzər TV rəhbərini (tanınmış şoumen Murad Dadaşov – red.) də hədəf almışdı və bildirmişdi ki, bunlar deyəsən televiziya rəhbərinin bayağı yumoru və davranışından başqa heç nə öyrənməyiblər:

“Yaxşı, onda hansı məqsədlə gənclərin tərbiyəsini pozursunuz? Onlara bayağı və təlxək davranışları təlqin edirsiniz? Bayağı hərəkətlər, duzsuz yumorlar, seçilmiş küçə mövzuları bunların yalnız özlərinə xoş gələ bilər”.

E.Əliyevin bu sözlərinə xalq artisti Naibə Allahverdiyeva da dəstəkləmiş, efirdə şit-şit hərəkətlərə yol verildiyi, xalqın nümayəndələrinin təhqir edildiyi, onların sənətlərini satdığını iddia etmişdi.

“Komedixana”nın əsas simalarından olan Cavidan Novruz (xalq artisti Ramiz Novruzun oğlu) isə N.Allahverdiyevaya çox sərt cavab vermişdi.

Bu qalmaqalın davamı olaraq “Komedixana” növbəti səhnələrində E.Əliyevi tənqid edib ki, bu da ocağın üstünə yağ töküb.

Tarix
2022.07.19 / 11:51
Müəllif
Kult.az
Digər xəbərlər

Cənubi Qafqazda yeni dövr - Kreml çarəsizdir

Rusiyadan Bakıya çağırış

Azay Quliyev ATƏT PA-nın komitə sədri seçildi

Prezidentlər mühüm iclasda iştirak edir

ABŞ-ın Azərbaycan və Ermənistana planı...

Prezidentlərin təkbətək görüşü keçirildi

Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Video

Kremldən Azərbaycanla yaşanan gərginliyə reaksiya

Bakı ilə aramızda gərginliyi bu ölkə yaradır – Kreml

Mirziyayevin rəsmi qarşılanma mərasimi oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla