Yuxarı

“Sarı gəlin”in yaranma tarixi: Dəspinə Xatuna yazılıb…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanda “Sarı gəlin” mahnısı milli simvola çevrilibdir. Onun bizim xalqa məxsusluğu yüz faiz elmi faktlarla sübut edilibdir - nə erməni, nə də gürcü poeziyasında bu cür bəndlər və sözlərlə əlaqəli heç bir şeir, yaxud mahnı sözü yoxdur.

Bu mahnının tarixi haqqında müxtəlif versiyalar var, onlardan biri də mahnının Ağqoyunlu hökmdarı Uzun Həsənin sifarişi ilə Dəspinə Xatun ilə toy gününə yerli aşıq tərəfindən yazılmasıdır.

Dəspinə Xatun (Teodora) gözəlliyi ilə məşhur idi. Zəmanəsinin ad-san qazanmış hökmdarları, mənsəb sahibləri onunla evlənmək istəsələr də, atası - Trabzon imperatoru IV İohann və qardaşı David onları rədd etmiş, Teodoranı (Dəspinə Xatunu) güclü dövlət olan Ağqoyunlularla ittifaq bağlamaq üçün 1458-ci ildə Uzun Həsənlə evləndirmişdilər. Teodora bundan sonra Dəspinə Xatun kimi tanınmağa başlandı (Despina - yunanca xatun, kraliça titullarının ekvivalentidir).

Bu xristian və müsəlman hökmdarları arasında ilk və əfsanəvi izdivac olaraq bilinir. Toy günü Dəspinə Xatunu Uzun Həsənin çadırına qədər olan yolda əsgərlər qılınclarını göyə qaldırmaqla qutlayırlar. Sarı saçlarını açıq qoyan Dəspinə Xatunu çadıra qədər olan yolda aşıqlar müşayət edir. Dəspinə Xatun o zaman türk qadınlarının üsulunda bəzənmiş və saçlarını törəyə uyğun düyünləmişdi. Sinəsinə isə gül bağlayan Dəspinə Xatunu görən aşıq ilk sözləri belə ifa edir:

Saçın ucun hörməzlər,

Gülü qönçə dərməzlər.

Bu sevda nə sevdadır?

Səni mənə verməzlər…

Dəspinə Xatun Uzun Həsənə yaxınlaşır, hökmdar onun duvağını qaldıranda aşıq növbəti dörd misranı deyir:

Bu dərənin uzunu,

Çoban, qaytar quzunu.

Nola, bir gün görəm,

Nazlı yarın üzünü.

Əfsanəyə görə, mahnı Uzun Həsənin o qədər xoşuna gəlir ki, aşığa qızıl kisəsi ilə yanaşı bir at da hədiyyə edir.

Millətindən asılı olmayaraq, “Sarı gəlin”i dinləyən hər kəs onun sehrinə düşür. Bəli, musiqi beynəlmiləl və ümumbəşəri incəsənət sahəsidir. Onun üçün dil maneələri, tərcüməyə ehtiyac yoxdur və millətlərin sivil dəyərləri sonradan bütün bəşəriyyətin olur. Bax beləcə “Sarı gəlin” zaman-zaman, diyar-diyar türk ellərini dolaşmış, hər kəs öz nisgilinə uyğun “Sarı gəlin” yaratmışdır.

Redaksiyadan: Uzun Həsənin anası Şərqin ilk diplomat qadını, dövrünün nüfuzlu dövlət xadimlərindən olan Sara Xatundur. Bəzi rəvayətlərə görə, “Sarı gəlin” – “Saranın gəlini” ifadəsindən yaranıb.

Dəspinə Xatun Şah İsmayılın nənəsidir.

Dosent Zaur Əliyev

Tarix
2022.07.20 / 15:32
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi

İrəvan niyə MQ-ni saxlamaqda israr edir? - Bayramov

Bayramov Çavuşoğlunun yasına getdi - Foto

İndi hər şey İrəvanın addımından asılıdır - Bayramov

ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi

İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya...

Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi

AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?

Qordon: İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm - Video

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla