Yuxarı

Rembo “Rokki”nin prodüserini təhqir etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Silvester Stallone “Rokki” və onun davamı olan “Krid: Rokkinin varisi” filminin prodüserini tənqid edib.

Kult.az xəbər verir ki, bu barədə mediada məlumat yayılıb.

Sənətçi boksçu İvan Draqo və oğlu haqqında spin-offun inkişafı ilə bağlı xəbərdən hiddətlənib.

“Daha bir acı xəbər. Yenə pafoslu prodüser və onun eqoist, yararsız uşaqları gözəl bir xarakterdən qalanların sümüklərini yığırlar. Güzgüyə necə baxırsınız? Azarkeşlərdən üzr istəyirəm, heç vaxt Rokkinin acgözlüyün qurbanı olmasını istəməzdim”, - aktyor bildirib.

“Prodüser”dən danışan Silvester Stallone İrvin Vinkleri, eləcə də 2015-ci ildə “Krid” filmində işləyən oğlu Devidi nəzərdə tutub. Bu film Stalloneyə “Ən yaxşı ikinci plan aktyoru” nominasiyasında Oskar qazandırıb.

Qeyd edək ki, gələn il filmin 9-cu hissəsi - “Krid-3” ekranlara çıxmalıdır. Bu, aktyor heyətində Stallone olmadan ilk film olacaq.

Tarix
2022.08.01 / 13:25
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

İlham Əliyev özbək həmkarı ilə görüşdən paylaşım etdi - Video

Rusiyada yaralı azərbaycanlı xəstəxanadan oğurlandı

AZAL təyyarəsinin vurulması ilə bağlı yeni təfərrüat

Hədəfdə Araz Ağalarovdur – Proses başladı

Göygöldə təcili yardım avtomobilinin şüşələri sındırıldı

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Rusiya məhbuslarla konsulluq görüşlərini gecikdirir - Hacızadə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla