Yuxarı

Prezidentlər görüşdə ondan danışıb - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq artisti, muğam ustası Mənsum İbrahimovun doğum günüdür. O, 1960-cı il oktyabrın 1-də Ağdamda anadan olub.

1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni Maarif fakültəsində təhsil alıb.

Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edən Mənsum İbrahimov Azərbaycan muğam sənətini dünyanın yaxın və uzaq ölkələrində – İran, Türkiyə, İraq, Fransa, Belçika, Lüksemburq, Kipr, ABŞ və Kanadada təmsil edir.

Mənsum İbrahimovun sənəti təkcə müəyyən bir coğrafiyada deyil, dünyanın başqa ölkələrində də sevilir. Xalq artisti bizimlə müsahibəsində həyatında baş verən maraqlı anlardan birini danışarkən muğam sədalarının hətta rəsmi görüşlərdə də eşidildiyindən söz açır:

"Muğam bizim özümüzünküdür. Onun yaranışı Adəmlə Həvvanın – insanın yaranışına gedib çıxır. Bu, bəşəri bir musiqidir. Mən sizə bir misal deyim: Biz Latviyada konsert verirdik. Latviyanın prezidenti də iştirak edirdi. Mən orada saat yarım oxudum. Sonra prezident bizi qəbul elədi. Soruşdu ki, axırıncı oxuduğun nə idi? Dedim, "Qarabağ şikəstəsi". Dedi, mən onun sözlərini başa düşmədim, amma mənə elə gəldi ki, bu, səma musiqisidir, kosmik musiqidir. Azərbaycanın muğamları, doğrudan, fəza musiqisidir. Ona görə bütün dünya sevir muğamı. Musiqinin dili yoxdur. Əgər təbiidirsə və ifaçı professionaldırsa, hamı qəbul eləyəcək. Sonra bizlə şəkillər çəkdirdilər. Səhəri gün səfir bizə dedi ki, ondan bir gün sonra Özbəkistanın prezidenti ora rəsmi səfərə gəlib. Rəsmi görüşdə belə Latviyanın prezidenti ona bizim konsertdən danışıb. Özbəkistan prezidenti də deyib ki, kaş mən də orada olaydım, dinləyəydim. Mən də Azərbaycan muğamını çox sevirəm".

Xalq artisti muğam ustası olmaqla yanaşı, teatr sahəsindəki fəaliyyətinə görə də sevilir. Təsadüfi deyil ki, Mənsum İbrahimov 1993-cü ildən etibarən "Leyli və Məcnun" operasında Məcnun rolunu canlandırır. Bununla bərabər, pedaqoji fəaliyyətlə də məşğul olur. Azərbaycan Milli Konservatoriyası və konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi kollecinin müəllimi kimi gənc muğam ustalarının yetişməsinə böyük əmək sərf edir.

Axar.az olaraq bu gün 55 yaşını qeyd edən dəyərli sənətkarımızı təbrik edirik.

Tarix
2015.10.01 / 16:36
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Şuşada kütləvi məzarlıq aşkarlandı - Foto/Video

Emin paylaşdı: Prezident ailəsi ilə... - Fotolar

Deputatlar Rza üçün müraciət hazırlayır

Modelin “başını kəsmək” çağırışı... – Dəhşətli səhnədir

Güneydə 6 min illik qala təhlükədədir - Video

Bülbüloğlunun Yutuba yerləşdirilən mahnıları silindi

ADU ilkə imza atdı: rektordan bədxahlara mesaj…

Bu qoruq və muzeylərə giriş qiymətləri qalxdı

Alıcının əlindən çörəyi alan supermarket...

Moskvada diplomatların yaradıcılıq sərgisi keçirilir

KULT
<>
Xəbər xətti
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla