Yuxarı

Cehizliyini qardaşına göndərən xalqım...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cehizliyini qardaşına göndərən xalqım...

Bəlkə də Babək prospektində yerləşən “Doğtaş”ı “yardımların toplandığı mərkəz” kimi təqdim edən Bakıdakı türk qardaşlarımız bilmirdilər ki, azərbaycanlılar paytaxtın ən böyük 4 prospektindən birinə axın edəcək, yol bağlanacaq, saatlarla gözləməkdən yorulmayacaq, öz yardımını çatdıracaq...

Amma biz bunu gözləyirdik!

Bəlkə də “Doğtaş” anbarının bu yardımları qəbul etmək imkanında olmayacağını, qısa müddətdə anbarın dolacağını, yardımların körpünün altına qalaqlanacağını və TIR-ların yüklənib aparmağa çatdırmayacağını da düşünməmişdilər...

Biz bunu düşünürdük!

Buna görə Bakının Tiflis prospektindəki ən böyük idman kompleksini ayırdılar – ancaq biz bilirdik, bilirdik ki, ora da yetməyəcək.

Buna görə Bakıda bir neçə yerdə yardım qəbulu mərkəzləri yaratdılar!

Bilirik, bu da yetməyəcək...

Rayonlardan əhalinin yardım üçün səfərbər olacağını isə bəlkə heç biz də gözləmirdik. Bölgədəkilərin informasiyalı və bu qədər aktiv olmayacağı kimi yanlış fikirlərimiz olur bəzən.

Ancaq öz köhnə, sınıq-salxaq maşınına Türkiyənin bayrağını asıb, cehizliyini yükləyib, yardıma tələsən azərbaycanlını görəndə kövrəlməmək mümkün deyil.

Türk qardaşlarımız yorğan-döşək, adyal dedi – qardaşlarının donmaması üçün evindəki artığını deyil, olanını çatdırmaq üçün azərbaycanlılar göz yaşı içində yardıma tələsdi...

Əgər Türkiyə CAN istəsəydi, heç şübhəm yoxdur, bu xalq onu da əsirgəməzdi...

Bu da keçəcək, bundan da sağ çıxacağıq, bir ölüb, min diriləcəyik.

Ancaq qardaşlığın bu FOTOları heç zaman keçməyəcək, həmişə bizimlə olacaq.

Çünki ürəkdən gəlir, qəlbdən gəlir; çünki Türkiyənin ayağına daş dəyəndə Azərbaycanın qəlbi sızıldayır.

Bu, pafos deyil, mübaliğə deyil;

Bu, həqiqətdir – bu FOTO kimi...

Tarix
2023.02.08 / 15:14
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Asiyada yeni müharibə başlayır: Hərbi əməliyyata hazırlıq başladı

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla