Yuxarı

Səttar Xanın Amerikada doğulan “təbrizli” silahdaşı…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səttar Xanın Amerikada doğulan “təbrizli” silahdaşı…

Bu gün - 19 aprel Güney Azərbaycanda Məşrutə hərəkatının iştirakçısı, Səttar Xanın silahdaşı, amerikalı müəllim Hovard Baskervilin anım günüdür.

Kult.az xəbər verir ki, o, 10 aprel 1885-ci ildə Nebraska ştatının Şimali Platt şəhərində anadan olub.

1907-ci ildə Prinston Universitetindən məzun olan Baskervil eyni zamanda dini və boks üzrə də təhsil alıb. O, ABŞ Prezidenti Vudro Vilsonla birlikdə hüquqşünaslıq və konstitusiya hökuməti barədə birlikdə kurs keçib.

H.Baskervil 1907-ci ildə İrana missioner fəaliyyətinə gəlib. O, Təbrizdəki missioner məktəbi olan Amerikan Memorial Məktəbində işləyib, tarix, ingilis dili və coğrafiya elmlərini tədris edib.

1909-cu ildə İranda konstitusiya inqilabı gedən zaman Baskervil konstitusiyalı demokratiyanı müdafiə etmək üçün könüllü qüvvələr toplamağa başlayıb.

Təbrizdəki Amerika konsulu Uilyam F.Doti onu bu işdən çəkindirməyə çalışsa da, Hovard yüz nəfərdən ibarət dəstə toplayıb, mərkəzi hökumət qoşunları tərəfindən mühasirəyə alınan Təbriz şəhərinin azad edilməsi üçün döyüşüb.

Bir qrup şagirdlə şəhəri mühasirədən çıxarmaq üçün etdiyi hücum zamanı Təbrizin Şamqazan bölgəsində hökumət ordusu tərəfindən snayper atəşi ilə qətlə yetirilib. Öldürülən zaman Hovardın 24 yaşı olub.

O, öldürülməzdən öncə Amerika konsulunun onun Məşrutə hərəkatından uzaqlaşması ilə bağlı tələbinə özünəməxsus şəkildə etiraz edib. Hovard bu tələb qarşısında pasport və kimlik vəsiqəsini konsulluğa təhvil verərək yoluna davam edəcəyini bildirib:

“Mənim bu insanlarla yeganə fərqim doğulduğum yerdir ki, bu da mənim üçün böyük fərq sayılmır”.

Hovardın dəfn mərasiminə minlərlə azərbaycanlı qatılıb və o, Təbrizdəki xristian qəbiristanlığında dəfn edilib.

Səttarxan Hovardın adını və ölüm tarixini döyüşçünün tüfənginin üstünə yazaraq Amerikaya, onun anasına göndərib. Hovard Baskervilin ölümünün üstündən uzun illər keçməsinə baxmayaraq, bu gün də bir sıra azərbaycanlılar hər il onun doğum və anım günündə Təbrizin "Assurilər qəbiristanlığı”ndakı məzarını ziyarət edir, ənənəvi olaraq məzarı üstünə sarı çiçəklər qoyurlar.

Tarix
2023.04.19 / 17:22
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

Ceyhun Bayramov Budanovla görüşdü

Azərbaycan da mövqeyini dəyişəcək - Çepa

Rusiya və Ermənistan arasında kritik telefon danışığı

XİN-dən bu ölkə ilə bağlı paylaşım

Azərbaycan və Ukrayna XİN başçıları görüşdü

Bayramov Ukraynada AXC-yə dair sənədlərə baxdı - Foto

Bayramov İrpen şəhərində - Foto

Ukraynaya qaz tədarük etməyə hazırıq - Nazir

Sibiqa Azərbaycana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla