Yuxarı

Nazir müavini Azdramın iclasında nələr deyib?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrında son illərdə birinci dəfə idi ki, böyük zalda iclas keçirilirdi.

Bu sözləri əməkdar artist Əli Nur Akademik Milli Dram Teatrında keçirilən iclasda baş verən hadisələrlə bağlı Axar.az-a danışarkən deyib. O, Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyevin teatrın keçmişi və bugünü haqda danışdığını bildirib:

"Nazirliyin bütün təşkilat qrupu iclasda gəlib iştirak etdi. Nazir müavini Ədalət Vəliyev Akademik Milli Dram Teatrının tarixindən, ənənəsindən danışdı, teatrın yaranmasında böyük əməyi keçmiş nəhəng rejissorların adlarını qeyd etdi. Təsadüfi adamların direktor təyin olunmasından söz açdı və yeni direktor Azər Paşa Neməti bizə təqdim etdi.

Eyni zamanda bizim keçmiş bir işçimiz var idi, çox gözəl insan olan Natiq Güləhmədovu sərəncamçı direktor təyin etdi. O, Akademik Milli Dram Teatrının yetirməsidir. Bu təyinatlar bütün kollektivin ürəyincə oldu. Biz çox sevinirik ki, teatrın qədrini bilən insanlar gəldi. Ədalət müəllim teatrda substansiyanın itməsi, kənar aktyorların teatra dəvət edilməsi, tamaşaların səhnələşdirilməsi, tamaşaların dəqiq yerində olmaması haqda danışdı. Keçmiş direktor haqda bir kəlmə də danışmadı. Bu gün ümumiyyətlə heç kim onun adını çəkmədi. Amma son 5-6 ildə teatrda olan qarşıdurmalar, böyük-kiçik yerinin itməsi, ənənələrə sadiq qalınmaması, təsadüfi adamların səhnəyə çıxması və teatrda olan müqəddəs estetikanın pozulması haqqında söz açdı. Bu sözlər bütün teatrı sevən, teatrda əməyi keçən bizlərin ürəyincə oldu. Ədalət müəllim saat yarım çıxış etdi və artıq çıxışa ehtiyac olmadı. Kollektiv də Azər Paşa Nemətov və Natiq Gülməmmədovun bu təyinatını çox xoş qarşıladı".

Xatırladaq ki, səlahiyyət müddəti bitən İsrafil İsrafilovun Akademik Milli Dram Teatrının direktoru vəzifəsinə müqavilə müddəti uzadılmayıb. Əvəzində isə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmri ilə Azər Paşa Nemət teatrın bədii rəhbəri və direktoru təyin olunub.

Tarix
2016.01.06 / 14:59
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla