Yuxarı

Mətbəx verilişləri necə yayımlanmalıdır?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mətbəx verilişləri necə yayımlanmalıdır?

Efirdə mətbəx verilişləri formatını dəyişməli, ailələrin zənbil qiymətlərinə uyğun hazırlanmalıdır.

Bu sözləri Axar.az-a Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Onun fikrincə, həmin verilişlərin çox olması yaxşı hal deyil:"Az qala efirdə 4-5 saatın yeməyin necə bişirilməsinə, hansısa salatın necə hazırlanmasına ayrılması, mətbəx mövzularının aktual sosial məsələlərin müzakirəsini, intellektual, maarifləndirici verilişləri üstələməsi yaxşı hal deyil".

Psixoloq Elnur Rüstəmova görə, mətbəx verilişləri tamaşaçılarda qıcıq yaradır:"Ümumilikdə isə mətbəx verilişlərinin efirdən yığışdırılmasının əleyhinəyəm.Çünki bununla hansısa problemin həll olunacağını gözləmək yanlış olar. Bu cür verilişlərin kütləvi hal alması təqdirəlayiq deyil".

Psixoloq Nail Cəlil isə düşünür ki, bu cür verilişlərin tez-tez yayımlanması tamaşaçı zövqünün korlanmasına səbəb olur:"Nəyi necə öyrənməkdən, eləcə də belə verilişlərin necə hazırlanmasından, təqdimatından çox şey asılıdır. Doğrudur, bu və ya digər mətbəx məhsulunun, süfrəni bəzəyən qidaların canlı şəkildə hazırlanıb efirdə insanlara təqdim olunması maraqlı bir prosesdir.

Ancaq bunu daimi şouya çevirmək efiri vizual mətbəx halına gətirir. Fikrimcə, mətbəx verilişləri, onların tərtibatı, təqdimatı ilə bağlı ciddi nizamlayıcı tələblər, qaydalar hazırlanmalıdır. Yəni indiki halda adi bir xörək reseptini saatlarla izah etməyin özü efir vaxtını öldürmək, boş yerə xərcləməkdir".

Tarix
2016.01.14 / 08:00
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla