Yuxarı

54 müsəlman türkün ölüm olayı hər gün bu cür xatırladılır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
54 müsəlman türkün ölüm olayı hər gün bu cür xatırladılır

İnternetdən istifadə zamanı qarşımıza çıxan “Http 404 page not found” sözünün çox faciəli tarixi var. Bunun texniki izahı belədir: Bu xəta tələb olunan faylın veb serverlərdə tapılmadığı deməkdir. İstifadəçi serverə qoşulur, lakin istədiyiniz nəticəyə çata bilmir.

Bəs, bu sözün internet termininə çevrilməsinə səbəb olan tarixi hadisə hansıdır?

1989-cu ilin 28 avqustunda Pakistan Beynəlxalq Hava Yollarına məxsus yerli sərnişin təyyarəsi ölkənin şimalında yerləşən Gilgit şəhərindən İslamabada doğru yola düşür. Məlumat üçün deyim ki, bu bölgədə indi şinlər, yaşkunlar, kəşmirlilər və digər millətlər yaşasalar da, soykökləri Şərqi Qaraxanilər dövləti ilə bağlıdır. Ərəb müəllifləri Qaraxanilər sülaləsini “Əfrasiyabın varisləri” adlandırır və “Arslan xan”, “Buqara xan” və “Xaqan” titullarını daşıdıqlarını yazırlar. Bir qrup tədqiqatçı Qaraxanilər sülaləsini uyğurlara, digərləri karluklara, Türkiyə tarixçiləri isə Altay türklərinə aid edirlər. Son tədqiqatlar Qaraxanilər sülaləsinin türkmənşəli çiqil tayfasından çıxdığını göstərmişdir.

Pilotlardan biri saat 07:40-da uçuşun normal olması barədə məlumat verir. Və… daha sonra təyyarə ilə əlaqə saxlamaq mümkün olmur.

54 sərnişinin taleyi barədə heç bir məlumat yoxdur, onların itkin düşdüyü və öldüyü güman olunur. Himalay dağlarında (Gilgit ərazisində hündürlüyü 7 min metrdən çox olan 50-dən artıq dağ zirvəsi var, yəni bölgə dağlıq ərazidir – red.) qəzaya uğradığı güman edilən təyyarənin qalıqları indiyədək aşkar olunmayıb.

Təyyarənin uçuş nömrəsi "404" idi...

Məhz uzun axtarışlar nəticə vermədiyi, bu günə qədər də taleyi barədə məlumat olmayan təyyarə və sərnişinlərinin xatirəsini əbədiləşdirmək üçün Dünya Hörümçək Toru sistemində “Http 404 page not found” sözü yarandı...

1989-cu ildə baş verən hadisə WWW sistemini quran Tim Berners Li və Robert Kayo tərəfindən 1990-cı ildə proqram sisteminə daxil edilib.

Tarix
2023.12.24 / 23:58
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla