Yuxarı

Seymurun tək çarəsi ölümdür – geriyə yolu yoxdur

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Seymurun tək çarəsi ölümdür – geriyə yolu yoxdur

2000-ci illərin əvvəlindən bugünə qədər Azərbaycan ədəbiyyatının tək və həqiqi yazıçısı bir nəfərdir:

- Seymur Baycan!

Ona görə tək və həqiqi yazıçı Seymur Baycandır ki, bu günə qədər nəsildaşlarından və sonrakı ədəbi nəsildən fərqli olaraq, bir cümlə də yaltaqlığa hesablanan, yolunu dönən, mübarizəsini satan bir cümlə belə yazmadı.

O, heç vaxt “bu filankəsdir, filankəs mənə bunu etdi, filankəsə bunu yazım” yolunu tutmadı.

O, heç vaxt çörəyi seçmədi.

O, ədəbiyyata, yazıya inandı və həyatını - yaşaya biləcəyi həyatı seçmədi.

Azərbaycanlı məntiqi ilə desək, bədbəxt oldu.

Dünya məntiqi ilə desək, dünyanın mənəvi cəhətdən ən xoşbəxt adamlarındandır.

Seymur müasir Azərbaycan ədəbiyyatında xüsusi ilə xarakterinə görə nümunə ola biləcək tək və tənha adamdır.

Onun olduğu ədəbiyyat cəbhəsindəki mübarizliyi, əzmi, heç müxalif düşərgədə belə bir kimsədə olmadı.

Görünür, milyonda bir olsa da, Seymurlar var.

Təkcə buna görə o, çox böyük və qiymətlidir.

O, doğrudan da tarana getdi, yazıçı həyatı yaşadı. Onunçün tək yol indi ölümdür - geriyə qətiyyən yol yoxdur.

Tarix
2024.04.02 / 12:09
Müəllif
Orxan Saffari
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla