Yuxarı

Millət vəkili 63 yaşında...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili 63 yaşında...

Bu gün yazıçı Aqil Abbasın doğum günüdür.

Axar.az xatırladır ki, Aqil Abbas 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolalı kəndində doğulub. 1955-ci ildə, 2 yaşı olarkən ailəsi ilə birlikdə Ağdama köçüb.

Ağdam 1 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib. Əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim kimi başlayıb, "Elm və həyat" jurnalında fotomüxbir, şöbə müdiri, "Sovet kəndi" qəzetinin xüsusi müxbiri işləyib. Hazırda "Ədalət", "Boz qurd" qəzetlərinin baş redaktorudur.

Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi "Şirinlik" 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə "Şəbədə Nazim" hekayəsi "Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb.

Aqil Abbas "Qiyamət gecəsi" və "Qapqara uzun saçlar" povestlərinin, "Batmanqılınc", "Dolu" romanlarının müəllifidir.

O, 2005-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilib.

Əməkdar jurnalist, AYB üzvü, "Qızıl qələm", "Məmməd Araz" adına ədəbi mükafat, "Dan ulduzu", "Yaddaş" və "Zeynalabdin Tağıyev" mükafatları laureatı olan Aqil Abbasın "Dolu" romanı əsasında 2012-ci ildə "Dolu" filmi çəkilib.

Jurnalist həmkarımızı təbrik edirik!

Tarix
2016.04.01 / 18:22
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla