Yuxarı

Eldəniz Quliyevdən kiçik hekayə - “Ulamaq istəyi”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eldəniz Quliyevdən kiçik hekayə - “Ulamaq istəyi”

Ulamaq istəyi

Xocalı şəhidlərinə ithaf

Havadan qan qoxusu gəlirdi. Ermənilər kəndi təzəcə tərk eləmişdilər. Cavan bir əsgər mənə yaxınlaşdı:

- Siz burda kino çəkəcəksiniz?

- Hə,- dedim.

- Dalımca gəlin!..

Dinməzcə arxasınca düşdüm. Kəndin aşağı hissəsində ensiz bir arx vardı. Əsgər arxın kənarındakı tənha ağaca çatıb dayandı. - Budu...-dedi və nə üçünsə səsi titrədi. - Ermənilər Xocalıdan əsir götürdükləri qız-gəlinlərimizin dördünü bu kənddə saxlayırlarmış!.. – Deyəsən bu dəfə onun bütün vücudu əsdi. - Bir həftə əvvəl it uşaqları, həmin qızları saçlarından... hörüklərindən bax bu ağacdan asıblar... Meyitlər... meyitlər ağırlaşıb düşüb... amma ...

- Nə amma?! - Öz səsimə özüm diksindim.

- Saçları... saçları başın dərisiylə birgə... – Sözünə davam edə bilməyib... uladı. Elə bil qəfildən məni yerə mıxladılar. Ürəyimin döyüntüsünü gicgahlarımda hiss etdim...

Ağacın əyriş-üyrüş budaqlarından... iki cüt hörük sallana qalmışdı... Və elə həmin an mən də ulamaq, əsl it kimi ulamaq istədim... Amma o vaxt heç ağlıma da gəlməzdi ki, bu qərib hörüklər ağır daş parçalarına çevrilib, həmişəlik ürəyimdən asılı qalacaq...

Tarix
2014.02.15 / 09:00
Müəllif
Eldəniz Quliyev
Digər xəbərlər

Baş Qərargah rəisi Muraveyko ilə görüşdü - MN

XİN: Bu federasiya ilə anlaşma memorandumu imzalandı

Prezident IV Şuşa Qlobal Media Forumunun açılışında... - Foto

Cahangir Əsgərovun ailə şirkətinin kapitalı kəskin azaldı

Prezidentdən Mirşahinə: Bunu sizin qədər bilən ikinci bir şəxs...

Azərbaycan buna çox önəm verir - PA rəsmisi

Azərbaycana yola düşürəm, bu, bir fürsətdir - Pelleqrini

Əli Əsədov Sonderslə görüşdü

Bayramov ÜGT-nin baş katibi ilə görüşdü - Foto

Onlarla mübarizəmiz daimi olacaq - İlham Əliyev

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla