Yuxarı

Türklərin “Aslan və Günəş” gizli təşkilatı Gəncədə - Sirlər

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türklərin “Aslan və Günəş” gizli təşkilatı Gəncədə - Sirlər

08:00

Gəncə çayının sağ sahilində, “İmamzadə” kompleksinin cənub istiqamətindən 1500 metr aralıda bir məqbərə var. Bu məqbərədə Comərd Qəssab adlı şəxsin qəbri yerləşir. VII əsrin 30-40-cı illərinə aid edilən bu şəxs kim idi ki, əsrlərdir Gəncədə onun qəbri qorunur və saxlanılır?

Bəziləri hesab edir ki, bu şəxs qəssab olub, digərləri hesab edir ki, Comərd Qəssab 4-cü xəlifə Əli ibn Əbu Talib ilə görüşüb və islamı ondan öyrənib, sonra Gəncədə yayıb bu dini...

Əlbəttə, müxtəlif fikirlərin olması normaldır. Bir versiyaya görə Comərd Qəssab Oğuz xaqan tərəfindən e.ə. 209-cu ildə qurulan, türklərin dərin dövləti olan “Günəş və Aslan” Mühafizə Təşkilatının üzvü olub. "Günəş və Aslan" mühafizə təşkilatı islam dini yayılana qədər türk coğrafiyasında Göytürk, Hun imperiyası, Oğuz dövləti və sairələr qurmuşdur. Ötükəndən üzü İstanbula qədər olan coğrafiyada türk tayfa və birliklərini bir araya toplayıb dövlətçilik ənənələrin yaşatmışlar. İslam yayılana qədər açıq fəaliyyət göstərən bu təşkilat birdən-birə gizliliyə çəkilib və 751-ci ildən sonra onlar barədə əfsanələr yaradılıb. Bu təşkilatın türk coğrafiyasındakı böyük şəhərlərdə nümayəndələri olurdu. Bu nümayəndələrə xas olan xüsusiyyət aşağıdakı kimi idi:

1) Göy Tanrıya inanc

2) Millətə və Vətənə sevgi

3) Törələrə sədaqət.

Comərd Qəssab da məhz belə adam idi ki, xalqın yaddaşında igid, ədalətli və törələrə sədaqətli kimi qalıb. Gəncədə yaşamasına baxmayaraq, ətraf ərazilərdə törə qorunub saxlanılıb. İnsanları qoruyan, saf qanlı nəsilləri mühafizə edən, onların övladlarına müəllimlik edən məhz Comərd Qəssab olubdur.

Yerli əhali arasında birlik yaradan, haqq və ədaləti bərpa edən Comərd Qəssab bura hücum edənlərə qarşı savaşa başçılıq etmişdir. Məhz belə savaşların birində də öldürülən Comərd Qəssab törəyə uyğun dəfn edilib.

Azərbaycanda sinfi mübarizənin geniş yayılmış formalarından biri, dini-ictimai hərəkat olan sufilik idi. Bu cərəyan xalq kütlələrinin apardığı mübarizəyə dini xarakter verirdi. Azərbaycanda sufiliyin sol cinahı – əxilik – qardaşlıq cərəyanı daha geniş yayılmışdı. Sənətkarların təşkil etdikləri əxilik silahlı mübarizə üsuluna daha çox üstünlük verirdi. Əxilər emalatxana sahiblərinə, ruhanilərə, sələmçilərə, dövlət məmurlarına qarşı mübarizə aparır, ehtiyac içərisində yaşayan şəxslərə köməklik göstərirdilər.

Qəribədir ki, 7-ci əsrdə yaşamış bu şəxsin ölümündən 300-500 il sonra, xüsusən Nizami Gəncəvinin dövründə buralarda geniş yayılan "Əxilik" təşkilatlarının üzvləri Comərd Qəssabı özlərinə bir ustad hesab ediblər və onun qəbrinə böyük ehtiram göstəriblər. Elə onun məzarı üstündəki türbəni də 12-ci əsrdə əxilər ucaldıblar.

Maraqlıdır ki, səkkizguşəli türbə formasında olan bu məzarın özünün də bir sirri var. Bir fikrə görə bu, “Günəş və Aslan”ın 8 böyük ərazidə olan gücünün göstəricisidir. Başqa bir fikirə görə səkkizguşəli ulduz türklərə aid abidələrdə çox istifadə olunub və Türküstan ulduzu kimi də tanınır. İslam dinində də 8 guşənin və 8 rəqəminin xüsusi önəmi var: cənnətin 8 qapısı və ya 8 cənnət, Tanrı ilə insan arasındakı mizan ölçüsü və s. Həmçinin islamın 8 prinsipi: mərhəmət, səbir, doğruluq, sirr saxlamaq, sədaqət, təvazökarlıq, comərdlik, şükür etmək. Buna görə də bir çox dövlətlərin bayraqlarında ay və ulduz simvolları mövcuddur. Təsadüfi deyil ki, islamdan öncə qurulan türk dövlətlərinə aid sikkələrdə də ulduz və aypara təsviri vardır.

Tarix
2021.04.22 / 12:03
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili

İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı

Bayramov Omana getdi: Səfirlik açılır...

Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...

Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan

Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi

Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı

Əli Əsədov Natalya Petkeviçlə görüşdü

Tramp Azərbaycandan danışdı: Buna son qoydum...

Qəzza zolağı və Bakı-İrəvan münaqişəsi... - Lukaşenko

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla