Yuxarı

Hadisə və Əbru arasında Zərrab davası - ABŞ-a gizli səfər

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hadisə və Əbru arasında Zərrab davası - ABŞ-a gizli səfər

Artıq iki gündür ki, Türkiyə mətbuatında Əbru Gündəşin ərinin onun yaxın rəfiqəsi Hadisə ilə xəyanət etməsi ilə bağlı iddiaları müzakirə olunur.

Axar.az Müsavat.com-a istinadla xəbər verir ki, Əbru Gündəş 11 ildir evli olduğu həyat yoldaşı, məşhur biznesmen Rza Zərrabın uzun illərdir ən yaxın rəfiqələrindən biri olan Hadisə ilə ona xəyanət etdiyini və buna görə boşandığını deyib.

Müğənni Hadisə qalmaqala səssiz qalmayaraq, sosial şəbəkədə paylaşım edib. Sənətçi əsassız və yalan fikirlər səsləndirənlərin hüquq müstəvisi çərçivəsində cəzalandırılacağını bildirib: “Haqqımda bu əsassız iddiaları səsləndirənlər mənə açıqlama verməli olacaqlar. Heç kim namusumu ləkələyə bilməz!”

Qeyd edək ki, Əbru Gündəş Hadisənin onun əri Rza Zərrabla münasibətdə olduğunu sübut edəcək şahidlərin olduğunu da bildirib. Məlumata görə, Gündəşin qızının dayəsi də şahidlər arasındadır.

İddialara görə Hadisə Rza Zərrabla birgə olmaq və kimlərsə tərəfindən görüntülənməmək üçün Türkiyədən ABŞ-a gizli gedib və hər görüşdə ehtiyatlı davranıb.

Türkiyə mediasında indi ən çox Hadisə ilə Əbru Gündəşin yenidən "O səs Türkiyə"də birgə münsif masasında oturub-oturmayacağı müzakirə edilir.

Tarix
2021.04.18 / 11:53
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla