Yuxarı

Ekstrasens proqnozu: nələr düz çıxdı? - 1 il sonra

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekstrasens Aqil Məhərrəmov bir il öncə Axar.az-a bir neçə Azərbaycan müğənnisinin həyatı ilə bağlı proqnoz vermişdi. Həmin dövrdə bu proqnozlar oxucularımız tərəfindən kifayət qədər maraqla qarşılanmışdı. Artıq Aqil bəyin söylədiyi sözlərin üzərindən bir il keçib. Buna görə də bu proqnozlardan hansının doğru çıxdığını araşdırmaq qərarına gəldik.

Xalq artisti Aygün Kazımova haqda proqnoz: "Bu xanım ona yaxın olan bir nəfəri qısa müddət ərzində itirəcək. Səsi ilə bağlı ciddi problemlər olacaq, boğazında şiş yaranacaq. Oxumağına fasilə verəcək. Diqqət yetirməsə, bu şiş daha ağır xəstəliyə çevrilə bilər. Müqavilə imzalayan zaman diqqətli olsun. Böyük maliyyə problemi yarana bilər. Yeni layihəsi uğursuz olacaq".

1 ildən sonra: Aygün Kazımovanın boğazında şiş yaranmayıb və səsində hər hansı ciddi problem yoxdur. Yeni layihəsinin uğursuz olduğunu söyləmək də çətindir. Maliyyə itkisi barədə isə mediada hər hansı açıqlama getməyib.

Xalq artisti Zülfiyyə Xanbabayeva haqda proqnoz: "Bu qadında çoxlu cadu görürəm. Planlarının 90%-i reallaşmayacaq. Ailəsinə çox cadu olunub. Ailəsində anasından sonra bir nəfəri də itirəcək".

Bir ildən sonra: Zülfiyyə Xanbabayevanın ailəsində anasından sonra hər hansı itki yoxdur.

Röya Ayxan haqda proqnoz: "Onun həyatında yaşıl işıq yanır, yeni ev alacaq və böyük bir layihəyə imza atacaq. Böyük bir mükafat görünür. Onun yuxusuna bu yaxınlarda ruhlar girəcək. Ayağını qazan insan haqqında ona məlumat verəcəklər. Özünü dost kimi qələmə verən insanın adını açıqlayacaqlar. Röya ikinci dəfə ana olacaq".

Bir il sonra: Röya avqustda Yaşıl Teatrda konsert verdi və üstəlik Türkiyədə bir neçə şirkətlə də əməkdaşlığa imza atdı. Lakin Röya nəinki ikinci dəfə ana oldu, hətta həyat yoldaşı Anarla bu proqnozdan az sonra ayrıldı.

Natavan Həbibi haqda proqnoz: "Bir homoseksual tərəfindən çox sıxışdırılır. Ehtiyatlı olmalıdır. İki sevgilisi olacaq. Biri keçmişdən qayıtma, digəri isə yeni tanıdığı bir insan. İkisi arasında seçim qarşısında qalacaq. Yeni tanıdığı insanı seçsə, yaxşı olar. Anasının sağlamlığından ehtiyatlı olsun. Qadında qaranlıq görürəm. Konserti çox uğur gətirəcək. Bu konsertdən sonra yeni konserti də olacaq. Bu konsert onun həyatını dəyişdirəcək".

Bir il sonra: Müğənni Natəvan Həbibi mayın 24-də Heydər Əliyev Sarayında "Dinlə" adlı uğurlu konsert proqramı ilə çıxış etdi. O, doğrudan da prodüsser Tolik (Tarix Əliyev) tərəfindən sıxışdırıldı, 2014-cü ildə mətbuatda Natəvanın erməni olması ilə bağlı məlumat çıxdı. Natəvan bu məlumatın prodüser Tarix Əliyev tərəfindən yayıldığını bildirərək, 2014-cü ilin sentyabrında onu məhkəməyə verdi.

Rəqsanə İsmayılova haqda proqnoz: "Bir kişidən ehtiyatlı olmağı məsləhət görürəm. Həmin qəddar şəxs pul barəsində ona sənətində ciddi problemlər yaradacaq. Həyatında yeni sevgi görürəm. İş həyatında uğur qazanmayacaq. Avtomobil sürərkən ehtiyatlı olsun, yaxın zamanlarda qəzaya düşəcək. Bu xanımda cadu görürəm".

Rəqsanə üçün keçən bir illik müddəti sənət baxımından uğurlu hesab etmək olmaz. Proqnozdan cəmi 79 gün sonra - 2014-cü ilin iyulun 9-da Rəqsanə avtomobil qəzasına düşdü. Qəza nəticəsində avtomobillərə ziyan dəysə də, xəsarət alan olmadı.

Yeni sevgilisi ilə bağlı mətbuatda indiyə qədər heç bir məlumata rast gəlinməyib.

Günay İbrahimli haqda proqnoz: "Ailə arasında böyük qalmaqal baş verəcək. Xarici ölkə vətəndaşı ilə sevgili olacaq. Səhhətində problemlər yarana bilər, qadın xəstəliyinə tutula, bu da sonsuzluqla nəticələ bilər".

Bir il sonra: Proqnozun verilməsindən bir müddət sonra müğənni "Dəlisiyəm gecənin" klipindəki görüntülərdən və çəkilən şəkillərdən dolayı ailəsi ilə problem yaşamalı oldu. Müğənni bu barədə açıqlama verərək, bir müddət ailəsindən kənar yaşamalı olduğunu dedi:

"Evdə də çimərlik geyiminə görə problem oldu. Mən də tez çıxıb Avropaya getdim, evdəkilər 15 gün üzümü görmədilər. Sakitləşəndən sonra geri qayıtdım".

Ramal İsrafilov haqda proqnoz: "Çox yaxın vaxtlarda ailəsi dağılacaq. Maddi cəhətdən çox problemli görürəm. Külli miqdarda borcu var".

Bir il sonra: Ramal İsrafilovun ailəsi dağılmayıb, əksinə, bu il fevralın 16-da onun bir qızı dünyaya gəlib. Borcu olması barədə isə məlumat yoxdur, özü də hər hansı etiraf etməyib.

Tarix
2015.09.12 / 12:03
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Türkiyəyə qarşı “təzyiq aləti” - Paşinyan imkan vermədi

Alimdən xəbərdarlıq: Nəsiminin gorunu açmaq...

Rusiya səfirliyimizə raket atdı

Nikol 9 noyabr bəyanatının qüvvədən düşdüyünü açıqladı

Bu kəndlər Azərbaycana məxsusdur - Paşinyan

Azərbaycanla sülhün olması o demək deyil ki... - Paşinyan

Prezident Maqdalena Qrononu qəbul etdi - Foto

Rzayev etimadnaməsini Maduroya təqdim etdi

İlham Əliyev Qələbə Paradında iştirak edəcək

Bakını və bizi dəvət ediblər, üzv ola bilərik - Mirzoyan

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla