Yuxarı

Türkiyəyə qarşı “təzyiq aləti” - Paşinyan imkan vermədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə İsrailin Qəzza zolağında soyqırım törətməkdə ittiham edib. Buna cavab olaraq İsrailin Baş naziri Benyamin Netanyahu Osmanlı İmperiyasını erməni soyqırımında günahkar bilib.

Maraqlı situasiya yaranıb. Hazırda erməni soyqırımının hər hansı bir dövlət tərəfindən tanınması Nikol Paşinyan administrasiyası üçün gərəksiz bir şeydir. Çünki bu, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərində müşahidə olunan pozitiv dinamikaya ziddir. Ona görə də Nikol Paşinyan soyqırım söhbətinə açıq şəkildə mənfi münasibət göstərir.

Axar.az xəbər verir ki, bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli İsrail Baş naziri Benyamin Netanyahunun Osmanlı İmperiyasını erməni soyqırımında ittiham etməsi haqda qeyd edib.

O xatırladıb ki, hansı dövlətin Türkiyə ilə problemi varsa, onun yadına qondarma erməni soyqırımı düşür:

“Məsələn, bu yaxınlarda Hindistan da erməni soyqırımını tanımağa hazır olması ilə bağlı rəsmi İrəvana siqnallar ötürmüşdü. Halbuki dünənə qədər Hindistan üçün Ermənistan tamamilə mənasız bir ölkə idi. Niyə indi Hindistan əl-ayağa düşüb? Çünki Pakistan Türkiyə və Azərbaycanla birlikdə Hindistanı müharibə meydanında rəzil etdi.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Türkiyənin hazırda yaxşı münasibəti var. 3-4 il əvvəl isə hər iki ölkə erməni soyqırımını tanımağın bir addımlığında idi.

Bəşir Əsəd Türkiyə ilə münasibətləri pozan kimi Suriya erməni soyqırımını tanıdı.

Dövlət maraqları belədir. Lazım olanda bu kimi addımlar atılır”.

E.Həsənli Qərb, Rusiya, İran, hətta ərəb ölkələrinin qondarma erməni soyqırımından Türkiyə və Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etdiyini vurğulayıb:

“İndi bu vasitə onların əlindən çıxıb. Ermənilər də çox gözəl başa düşür ki, İsrail ilə Türkiyənin münasibətləri düzələn kimi erməni soyqırımı həmən yaddan çıxacaq”.

Qeyd edək ki, Netanyahunun Türkiyəyə təzyiq üçün erməni soyqırımını yada salması cəhdinə Paşinyan heç bir müsbət reaksiya verməyib, əksinə, bunu Ermənistanın maraqlarına zidd adlandırıb.

Tarix
2025.08.28 / 22:10
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Cənubi Qafqazda yeni həmləyə hazırlaşır - Qazaryan

Alimdən xəbərdarlıq: Nəsiminin gorunu açmaq...

Rusiya səfirliyimizə raket atdı

Nikol 9 noyabr bəyanatının qüvvədən düşdüyünü açıqladı

Bu kəndlər Azərbaycana məxsusdur - Paşinyan

Azərbaycanla sülhün olması o demək deyil ki... - Paşinyan

Prezident Maqdalena Qrononu qəbul etdi - Foto

Rzayev etimadnaməsini Maduroya təqdim etdi

İlham Əliyev Qələbə Paradında iştirak edəcək

Bakını və bizi dəvət ediblər, üzv ola bilərik - Mirzoyan

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla