
Məmmədalı Ağayevi 10 ilədək həbs gözləyir
00:41
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Bakıda bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Axar.az xəbər verir ki, bununla bağlı "Azəriqaz" İB məlumat yayıb.
Bildirilir ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 29.08.2025-ci il saat 10:00-dan etibarən Sabunçu və Qaradağ rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Kürdəxanı qəsəbəsinin, Zabrat qəsəbəsinin Yeni Sahə və Badamlıq yaşayış massivlərinin və Lökbatan qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Tarix
2025.08.28 / 21:44
|
Müəllif
Axar.az
|