2025.08.28. 20:20
Moskva Akademik Satira Teatrının keçmiş direktoru Məmmədalı Ağayev Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
M.Ağayev 20 milyon rubl məbləğində büdcə vəsaitini mənimsəməkdə şübhəli bilinir.
Qeyd edək ki, həmyerlimiz 1992-2021-ci illərdə həmin teatrın direktoru vəzifəsində çalışıb.
***
Moskva Akademik Satira Teatrının saxlanılan keçmiş direktoru Məmmədalı Ağayev dələduzluq işi üzrə 10 ilə qədər həbslə üzləşə bilər.
Bu barədə vəkil Sergey Çerski məlumat verib.
Qeyd edək ki, sabiq teatr direktoru büdcə vəsaitlərinin mənimsənilməsində ittiham olunur. İstintaqın məlumatına görə, saxlanılan şəxs 20 milyon rubldan çox (təxminən 422 394 manat - red.) vəsaiti mənimsəyib. Onun əməlləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi (mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda dələduzluq) ilə tövsif edilib.