Yuxarı

Alimdən xəbərdarlıq: Nəsiminin gorunu açmaq...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq üçüncü gündür ki, Azərbaycana kimlərin nəşinin gətirilməsi ilə bağlı müzakirələr cəmiyyətin gündəmini zəbt edib. Tarixi şəxsiyyətlərimiz haqqında elə qeyri-real təkliflər səsləndirilir ki, bu, elm və ziyalı dairələrində ciddi narahatlıq doğurur.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə şərqşünas alim, nəsimişünas Səadət Şıxıyeva sərt mövqeyini bildirib.

Alim qeyd edib ki, Azərbaycan ziyalılarının taleyi tarixi şəraitə görə müxtəlif ölkələrdə sonlanıb və onların məzarlarına toxunmaq milli dəyərlərə xidmət etmir:

“Orta çağlardan etibarən Azərbaycan ziyalıları müxtəlif səbəblərlə başqa ölkələrə üz tutublar və həmin məkanlarda ömürlərini başa vurublar. Bu gün bizim üçün ən böyük sərvət onların əsərləri və ideyalarıdır. Əgər məzarları məlumdursa, onu qorumaq, bərpa etmək, imkan düşəndə ziyarət etmək və ruhlarına dua etmək bizim vəfa borcumuzdur. Amma onların gorunu açıb ruhsuz cisimlərinə əziyyət verməklə milli təəssübkeşlik nümayiş etdirmək olmaz. Bu, cəhalət və dardüşüncəlilikdən başqa bir şey deyil. Lütfən, qərib məzarları və ruhları rahat buraxın”.

Xatırladaq ki, böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin məzarının Suriyadan Azərbaycana gətiriləcəyi ilə bağlı məlumat yayılıb. Məsələ ilə bağlı Suriyaya ilkin müraciət olunduğu da iddia edilir.

Tarix
2025.08.28 / 22:01
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Cənubi Qafqazda yeni həmləyə hazırlaşır - Qazaryan

Türkiyəyə qarşı “təzyiq aləti” - Paşinyan imkan vermədi

Rusiya səfirliyimizə raket atdı

Nikol 9 noyabr bəyanatının qüvvədən düşdüyünü açıqladı

Bu kəndlər Azərbaycana məxsusdur - Paşinyan

Azərbaycanla sülhün olması o demək deyil ki... - Paşinyan

Prezident Maqdalena Qrononu qəbul etdi - Foto

Rzayev etimadnaməsini Maduroya təqdim etdi

İlham Əliyev Qələbə Paradında iştirak edəcək

Bakını və bizi dəvət ediblər, üzv ola bilərik - Mirzoyan

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla