Yuxarı

Elza Seyidcahanın oğlu jurnalisti ölümlə hədələdi

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elza Seyidcahanın oğlu jurnalisti ölümlə hədələdi

Müğənni Elza Seyidcahanın oğlu, skripka ifaçısı Ələkbər jurnalist İntiqam Valehoğluna zəng vuraraq, onu hədələyib.

Jurnalistin verdiyi məlumata görə, buna səbəb yanvar ayının 8-də ANS telekanalında yayımlanan "Adam içində" verilişində etdiyi çıxışdır: "Həmin verilişdə Elza Seyidcahanla ciddi mübahisəmiz oldu. Amma efir ərzində ona qarşı heç bir təhqiramiz ifadə işlətməmişəm. Elza Seyidcahanın oğlu Ələkbər isə mənə zəng vuraraq onun şəxsi həyatı barədə yazan jurnalistlər haqda nalayiq ifadələr işlətdi. Sonra isə məni ölümlə hədələməyə başladı. Deyim ki, nəinki Ələkbərdən, heç kimdən zərrə qədər qorxum yoxdur. Amma hər ehtimala qarşı bu məsələni ictimailəşdirmək qərarına gəldim. Ələkbərlə olan söhbətimizin audioyazısı da məndədir. Ələkbərin səsini özünə xəbərdarlıq edərək yazmışam. Əgər belə hal bir daha təkrarlansa, həmin səs yazısını ərizəmlə birlikdə hüquq mühafizə orqanlarına təqdim edəcəyəm".

Jurnalist bildirib ki, indiyə kimi əməkdar artistin oğlu ilə heç bir tanışlığı olmayıb: "Ələkbərin adını anasına görə eşitmişəm. Sadəcə mənə maraqlı olan odur ki, bu adam verilişdən 15 gün sonra mənə zəng vurub. Danışığından da açıq-aşkar hiss olunurdu ki, verilişdəki söhbətlərdən tam xəbərdar deyil" ("Aznews.az").

Tarix
2014.01.27 / 21:59
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan sabah Moskvaya gedir - Putinlə sövdələşəcək!

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

Səyyad Aranın qalmaqallı sözlərinə deputatlardan reaksiya

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

Azərbaycanlıların Soyqırımı Günü: XİN bəyanat yaydı

Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla