Yuxarı

Prezident tənqid etmişdi, indi də ölümlə təhdid olundu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident tənqid etmişdi, indi də ölümlə təhdid olundu

Cənubi Koreya polisi Dünya Çempionatının qrup mərhələsində məğlub olan milli futbol komandasının geri qayıtmasına hazırlıqla bağlı əlavə təhlükəsizlik tədbirləri görür.

Axar.az xəbər verir ki, bu, komandanın istefa vermiş baş məşqçisi Hon Myon Bonun ünvanına səsləndirilən ölüm təhdidləri ilə bağlıdır.

“Yonhap” xəbər agentliyinin məlumatına görə, İnçxon hava limanında 160 polis və 25 təhlükəsizlik işçisi xidmət göstərir. Anonim istifadəçi onlayn forumda məşqçinin Cənubi Koreyaya gəldikdə öldürəcəyini elan edib.

Qeyd edək ki, Cənubi Koreya Dünya çempionatının açılış oyununda Çexiyaya qalib gəlib, lakin sonra Meksika və Cənubi Afrikaya məğlub olub. Üç xal isə pley-off mərhələsinə yüksəlmək üçün kifayət etməyib.

Hon turnirdən sonra Cənubi Koreya millisinin baş məşqçisi vəzifəsindən istefa verib. Komandanın uğursuz çıxışı ölkədə ciddi narazılıqla qarşılanıb.

Cənubi Koreya prezidenti də baş məşqçini kəskin tənqid edərək onun fəaliyyətini “səriştəsiz” adlandırıb.

Tarix
2026.06.30 / 01:37
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla