Yuxarı

Xalq yazıçısına Hacı Məmmədov haqda kim təklif edib?

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq yazıçısına Hacı Məmmədov haqda kim təklif edib?

İcra Hakimiyyətinin başçısı nə bizimlə görüşə gəldi, nə də bizim onunla görüşməyimizə imkan verdi. Hətta müavininə bizimlə görüşməyi qadağan etdi. İcra başçısı sadəcə bunu unutmamalıdır ki, o, mənə deyil, mən ona lazımlı adamam.

Kult.az xəbər verir ki, bu sözləri məşhur detektiv yazar, Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayev Report-a geniş müsahibəsində deyib.

Yazıçı qeyd edib ki, bu yaxınlarda akademik Rafael Hüseynovla birlikdə Kürdəmirdə oxucularla görüşə getsələr də, icra başçısı onları qəbul etməyib:

“Mən Azərbaycanın beş xalq yazıçısından biriyəm. Biz Bakıdan sizin rəhbərlik etdiyiniz rayona qonaq gəlmişik. Başa düşürəm ki, siz icra başçısısınız və qəbullarınız, görüşləriniz olur. Amma heç olmasa, rəhbərlik etdiyin rayonun sakinlərinə hörmət etməyi özünə borc bil.

Təsəvvür edin ki, mənim görüşümə yüzlərlə oxucu gəldiyi halda icra başçısı hətta müavinini belə bizim yanımıza buraxmadı.

Sizi inandırım ki, Kürdəmir camaatı qayıdandan sonra mənə dəfələrlə zəng edib icra başçısının bu hərəkətlərinə görə üzr istədilər”.

Yeni işləri, yaradıcılığı barədə də danışan Ç.Abdullayev Hacı Məmmədov haqqında kitab yazmaqdan imtina etdiyini deyib:

“Bu günə qədər Azərbaycanda baş verən cinayət hadisələri üzərindən xeyli sayda əsərlər yazmışam. Bir müddət əvvəl hüquq-mühafizə orqanlarından mənə Hacı Məmmədov və onun dəstəsinin törətdiyi cinayətlərin əsasında əsər yazmağı təklif etdilər. Hətta bununla bağlı bütün arxiv materiallarını mənə verəcəklərini dedilər. Amma mən razı olmadım”.

Tarix
2019.04.12 / 14:16
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla