Yuxarı

"Mayadeen"də Azərbaycanla bağlı film

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Mayadeen"də Azərbaycanla bağlı film

Ərəb ölkələrində yayılan "Al Mayadeen" televiziya kanalında "Etnofolia" adlı sənədli filmlər silsiləsində Azərbaycan musiqisi ilə bağlı çəkilmiş 3 seriyalı sənədli filmin birinci seriyası yayımlanıb.

Axar.az xəbər vrir ki, film Azərbaycan muğamına, onun ifaçılarına və musiqi tədrisinə həsr edilib.

"Etnofolia" silsilə sənədli filmlər verilişini məşhur livanlı müğənni Abeer Nehme aparır. O, müxtəlif ölkələrin milli musiqilərindən ibarət sənədli filmlər hazırlayır. Müğənni keçən il Azərbaycanın Fransadakı səfirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Bakıda olub, muğam, aşıq və caz musiqisinə dair üç hissədən ibarət sənədli film hazırlayıb. Filmin musiqi tərtibatçısı və koordinatoru Fransada yaşayan həmyerlimiz Aytən Muradovadır.

Azərbaycan musiqisinə məftun olan Abeer Nehme Bakı səfərindən sonra "Küçələrə su səpmişəm" və "Getmə-getmə" mahnılarını repertuarına daxil edib. O, filmdə "Sarı gəlin" mahnısını da ifa edir.

"Etnofolia" sənədli filmlərinin musiqi məsləhətçisi Alen Veber artıq neçə illərdir ki, Azərbaycan musiqiçilərinin ifalarını Fransada, eləcə də Hindistanda, Mərakeşdə, Belçikada özünün iştirak etdiyi musiqi festivallarının proqramına daxil edir. Qeyd edək ki, cari ilin may ayında kanonçu qızlardan ibarət "İnci" ansamblı ölkəmizi Mərakeşdə Fes festivalında təmsil edib.

Tarix
2016.07.20 / 01:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla