Yuxarı

İstanbuldakı terrora görə azərbaycanlı barədə faktlar - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Atatürk aeroportundakı terror aksiyası törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı barəsində iyulun 3-də həbs qətimkan tədbiri seçilib.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, iyunun 29-da axşam saatlarında İstanbulun Atatürk aerportunda İŞİD terror təşkilatı tərəfindən həyata keçirilən terror aktının təşkilatçılarından olduğu iddia edilən Azərbaycan vətəndaşı Elçin Bünyadov Bakırköy rayonu 3-cü Sülh Cəza Məhkəməsinin hökmü ilə həbs edilib.

Məhkəmədə E. Bünyadovun hüquqlarını İstanbul Vəkillər Kollegiyasının təyin etdiyi vəkil Figen Ava Destanoğlu vəkil müdafiə edib.

E. Bünyadova qarşı Türk Cəza Qanununun "Silahlı terror təşkilatına üzv olmaq və planlaşdıraraq adam öldürmə suçuna yardım etmə" maddəsi üzrə ittiham irəli sürülüb, o, cəza evinə göndərilib.

APA-nın müxbiri məhkəmənin protokolunu da əldə edib. Protokoldan aydın olur ki, məhkəmə prosesində E. Bünyadovun vəkili müdafiəçisi olduğu şəxsə qarşı irəli sürülən ittihamları qəbul etmədiklərini açıqlayıb.

"Müdafiəçisi olduğum şəxsə aid edilən suçlamaları qəbul etmirik. Özü Türkiyədə yaşamaqdadır. Sabit yaşayış ünvanı var. Bu cəhətləri nəzərə alaraq, müdafiə etdiyim şəxs həbs edilmədən istintaqın aparılmasını, bu olmazsa, ədliyyə nəzarəti tətbiq edilərək istintaqın aparılmasını tələb edirəm", - deyə vəkil bildirib.

Lakin məhkəmə vəkilin bu tələbini nəzərə almayaraq, E. Bünyadovun həbsinə qərar verib.

E. Bünyadovdan başqa, terror aksiyasında şübhəli bilinən daha 3 əcnəbi vətəndaş da həbs edilib. Məhkəmə onların vətəndaşları olduqları ölkələrin Türkiyədəki konsulluqlarına bu barədə məlumat verilməsi barədə də qərar qəbul edib.

Qeyd edək ki, iyunun 29-da Atatürk aeroportunda 3 kamikadzenin özünü partlatması nəticəsində 45 nəfər ölüb, 236 nəfər yaralanıb. Terror aktına görə 13 nəfər tutulub. Onlardan 4-ü, o cümlədən E. Bünyadov xarici vətəndaşdır.

Tarix
2016.07.04 / 19:37
Müəllif
Axar.az
Digər xəbərlər

“Tuşonka-2” əməliyyatı başlayır: İfşalar olacaq - Şahnazaryan

Çin-ABŞ gərginliyi artır: Tramp ilk dəfə “soyuq savaş” dedi…

Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə Xankəndi görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla