Yuxarı

Tramp Netanyahuya qışqırıb: Qəzzada aclıq...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Netanyahuya qışqırıb: Qəzzada aclıq...

Qəzzada baş verən humanitar böhranla bağlı ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Netanyahu arasında gərgin telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə NBC yüksək rütbəli ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Məlumata görə, gərgin telefon danışığı Netanyahunun bir tədbirdə Qəzzada aclıq olmadığını deməsindən sonra baş verib.

Ertəsi gün Tramp açıq şəkildə Netanyahunun zəmanətinə xüsusilə inanmadığını, Qəzzada həqiqi aclıq olduğunu söyləyib: “Bunu saxtalaşdıra bilməzsiniz”.

Trampın şərhlərindən sonra Netanyahunun ABŞ prezidenti ilə telefon danışığı tələb etdiyi bildirilib.

Zəng zamanı baş nazir Trampa bildirib ki, Qəzzadakı aclıq xəbərləri HƏMAS tərəfindən uydurulub və anklavda aclıq geniş yayılmayıb. Bu zaman Tramp Netanyahunun sözünü kəsib və qışqıraraq deyib ki, köməkçiləri ona Qəzzada uşaqların aclıqdan öldüyünə dair sübutlar göstəriblər.

Tarix
2025.08.08 / 12:41
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla