Yuxarı

İsrailin Qəzzanın işğalı qərarına Türkiyədən reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrailin Qəzzanın işğalı qərarına Türkiyədən reaksiya

Türkiyə Xarici İşlər Nazirliyi İsrail Nazirlər Kabinetinin Qəzzanı işğal etmək qərarını pisləyib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in bəyanatında qeyd olunub.

“İsrailin bölgədəki işğalçı və soyqırımçı siyasətinin yeni bir mərhələsini təşkil edən Qəzzadakı hərbi əməliyyatlarını genişləndirmə qərarını ən kəskin şəkildə qınayırıq.

Netanyahu hökumətinin fələstinlilərə qarşı həyata keçirdiyi soyqırımı davam etdirmək və işğalı genişləndirmək üçün atdığı hər bir addım beynəlxalq sülh və təhlükəsizliyə ağır zərbə vurur, bölgədə sabitliyi pozur və humanitar böhranı daha da dərinləşdirir. Bölgəmizdə davamlı sülhün təmin olunması yalnız beynəlxalq hüququn aliliyi, diplomatiyaya üstünlük verilməsi və əsas insan hüquqlarının qorunması ilə mümkündür.

İsrail müharibə planlarını dərhal dayandırmalı, Qəzzada atəşkəsi qəbul etməli və iki dövlətli həll istiqamətində danışıqlara başlamalıdır. Bu qərarın həyata keçirilməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti üzərinə düşən məsuliyyəti yerinə yetirməyə və BMT Təhlükəsizlik Şurasını İsrailin beynəlxalq hüquqa və humanitar dəyərlərə zidd hərəkətlərinin qarşısını alacaq məcburi qərarlar qəbul etməyə çağırırıq”, - bəyanatda bildirilib.

Tarix
2025.08.08 / 13:41
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

BƏƏ-nin baş nazirinin müavini Azərbaycana gəldi - Foto

Hikmət Hacıyev hərbi paradla bağlı paylaşım etdi - Video

Ərdoğan Azərbaycana gəldi - Foto

Bakıda Zəfər muzeyinin açılışı oldu - Foto

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanında... - Foto

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər

Komandolarımız Bakını qardaşlığın səsi ilə titrədəcək...

Azərbaycan Cənubi Qafqazın əsas güc mərkəzinə çevrilib

Türkiyə XİN-dən Zəfər Günü ilə bağlı paylaşım - Foto

Ermənilərin rəsmi itkiləri və bizim qazancımız!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla