Yuxarı

Şahzadə Harri gözlənilmədən Kiyevə gəldi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya şahzadəsi Harri Kiyevə gözlənilməz səfər edib.

Axar.az xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb.

Məlumata görə, səfərin məqsədi müharibədə ciddi yaralanan hərbçilərin reablitasiyasını dəstəkləmək və bu istiqamətdə yeni təşəbbüsləri təqdim etməkdir.

“Biz müharibəni dayandıra bilmərik, amma sağalma prosesinə yardım etmək üçün əlimizdən gələni edə bilərik. İnsanları bu müharibənin iştirakçıları ilə empatiya qurmağa sövq etməliyik. Bu səfərin insanların diqqətini yenidən bu reallığa yönəldəcəyinə ümid edirəm”, - Harri bildirib.

Şahzadənin sözlərinə görə, o, ilk olaraq Lvovda yerləşən “Superhumans” adlı travma və reabilitasiya mərkəzinin rəhbəri Olqa Rudniyevanın dəvəti ilə səfər barədə düşünməyə başlayıb:

“Nyu-Yorkda Olqa ilə rastlaşdım və ona nə ilə kömək edə biləcəyimi soruşdum. O dedi ki, Kiyevə gəlmək ən böyük təsir olacaq. Mən bu səfəri əvvəlcə həyat yoldaşımla və Britaniya hökuməti ilə razılaşdırmalı oldum. Sonra rəsmi dəvət gəldi”.

Tarix
2025.09.12 / 10:08
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Rusiya NATO-nu “dişinə” vurdu: Cavab almasa, nələr edəcək...

Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan

Bakı və İrəvan arasındakı sülh bu ölkələr üçün... - Senator

ABŞ Zəngəzur dəhlizi üçün 145 milyon dollar ayıracaq

Ermənistan sərhədin açılmasına müsbət yanaşır - Kılıç

Petrosyandan təklif: Zəngəzuru belə adlandıraq!

Rusiya Azərbaycanla bağlı iddianı rədd etdi

Qətəri vurmaq üçün qalxan İsrail təyyarələri... - Şok fakt

Rus kəşfiyyatının Bakıda gizli fəaliyyəti... - Şok detallar

Simonyan çox irəli getdi: Azərbaycanla vahid bazar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla