Yuxarı

ABŞ zərbəyə hazırlaşır, Putin Tu-160-ları göndərir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela ətrafında yaşanan son gərginlik fonunda Rusiya mediası Moskvanın bu ölkəyə Tu-160 strateji bombardmançılarını göndərəcəyini iddia edib.

Axar.az xəbər verir ki, bir neçə gün öncə Rusiyanın “Lenta.ru” dövlət agentliyi “Qərbin Tu-160-ların Rusiyadan Venesuelaya mümkün transferindən necə narahat olduğu” haqda məqalə dərc edib.

“ABŞ və Venesuela arasında gərginliyin artması və ABŞ-ın Venesuelada hədəflərə zərbə endirməsinin nəzərdən keçirildiyi bir vaxtda Rusiyanın strateji hava qüvvələrini ölkəyə yerləşdirə biləcəyi ehtimalı ortaya çıxır. Bundan öncə də Tu-160 strateji bombardmançıları ölkənin ABŞ tərəfindən ciddi təhdidlərlə üzləşdiyi dövrlərdə Venesuelaya göndərilmişdi”, - deyə bildirilir.

Ekspertlərin fikrincə, ümumilikdə Tu-160-ın Venesuelaya göndərilməsi ssenarisinin tamamilə fantastik olduğunu söyləmək olmaz.

Əslində, bu, son onilliklər ərzində artıq bir neçə dəfə baş verib. Sonuncu dəfə 2018-ci ildə Donald Tramp ilk dəfə Venesuelanı hərbi işğalla hədələdikdə Kreml müvafiq qərarı vermişdi.

Qeyd edək ki, ABŞ-ın Venesuela sahillərinə narkokartellərlə mübarizə üçün hərbi gəmi göndərməsi fonunda bir sıra dünya KİV-ləri amerikalıların Maduro rejimini devirəcəyi ilə bağlı məlumatlar dərc etməkdədir.

Tarix
2025.09.15 / 08:30
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Martirosyan: Azərbaycan Ordusu bu döyüşündən sonra...

İlham Əliyev Qırmızı Bazar qəsəbəsində oldu

Britaniyalı nazir açıqladı: Azərbaycanla münasibətlər...

Prezident Qarabağ Universitetində korpusun açılışında

İlham Əliyev Şuşakənddə oldu

İlham Əliyev Sos kəndində oldu

Soyqırımdan və Ağrı dağdan imtina - Paşinyan mesaj verdi

İlham Əliyev Hadrutda məscidin açılışında iştirak etdi

İlham Əliyev Hadruta getdi - Foto

İlham Əliyev Füzulidə bu kəndin təməlini qoydu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla