Yuxarı

Kozak istefa verib, yoxsa Putin qovub?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kozak istefa verib, yoxsa Putin qovub?

Kremlin yüksək rütbəli məmurları Putinin təsdiqi ilə Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakı vəzifəsindən azad ediblər. Buna səbəb onun Putinin Ukraynada davam edən müharibəsinə qarşı çıxması olub.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

“Putinin Kozakı öz yaxın çevrəsindən sıxışdırıb çıxarmaq qərarı müşavirlərinin Kreml rəhbərinin maksimalist hərbi tələbləri ətrafında birləşmələrinin daha bir sübutudur. Kozakın prezidentlə dəfələrlə fikir ayrılığına dair xəbərlər onu deməyə əsas verir ki, Putin və Kremlin digər rəsmiləri, məsələn, Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko Kozakı ya tutduğu vəzifədən azad edib, ya da onu təkbaşına istefaya məcbur ediblər”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak vəzifəsindən istefa verib. Məlumata görə, o, Putinin uzun illər ən sadiq kadrı olub.

Tarix
2025.09.18 / 10:13
Müəllif
Axar.az
Digər xəbərlər

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla