Yuxarı

Əziz Qarayusifliyə hökm oxundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əziz Qarayusifliyə hökm oxundu

Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Mədəniyyət Nazirliyinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusiflinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az APA-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Aygün Məmmədovanın sərliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxsin cinayət əməlini onun törətməsi sübuta yetirilib və ona dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 4000 manat məbləğində cərimə cəzası təyin edilib.

Qeyd edək ki, Əziz Qarayusifli öz mövqeyindən sui-istifadə etməklə 43 min manat pulu mənimsəməkdə ittiham olunub. O, istintaq dövründə dövlət büdcəsinə dəyən ziyanı tam ödəyib. Zərərçəkın qismində tanınan Mədəniyyət Nazirliyinin sabiq direktora qarşı heç bir iddiası olmayıb. Sabiq direktor ibtidai istintaq zamanı Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə ittiham edilsə də, məhkəmə araşdırması zamanı ziyanı tam ödədiyi üçün 179.2.3 və 179.2.4-cü maddələrə xitam verilib.

Xatırladaq ki, Ə.Qarayusifli Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru vəzifəsində çalışıb. O, işində yol verdiyi ciddi qanun pozuntularına görə ötən il tutduğu vəzifədən azad edilib. Sabiq direktor 1990-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı orkestrın solisti, 2018-ci ildən isə Bakı Musiqi Akademiyasının dosentidir.

Tarix
2025.09.20 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla