
BMT-də Azərbaycanın 4000 itkin şəxsləri ilə bağlı çağırış...
18:00
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Rusiyanın Moskva vilayətində "Krokus Siti Holl"da baş verən terror aktı zamanı yaralanan Dmitri Sarayev uzun müddətdir davam edən müalicəyə baxmayaraq, həyatını itirib.
Axar.az xəbər verir ki, bu barədə TASS-a vəkil İqor Trunov məlumat verib.
O bildirib ki, Sarayev konsert zalında atışma zamanı kürəyindən güllə yarası almışdı.
Xatırladaq ki, “Krokus Siti Holl”da törədilən terror aktı nəticəsində daha əvvəl 149 nəfərin öldüyü açıqlanmışdı. Hücumdan sonra hadisənin 4 icraçısı – Məhəmmədsabir Fayzov, Dalercan Mirzəyev, Səidəkrəmi Rəcəbəlizadə və Şəmsəddin Fəriduni Ukraynaya qaçmağa çalışıblar. Onlar Bryansk vilayətində saxlanılaraq Moskvaya gətiriliblər.
Tarix
2025.09.27 / 15:58
|
Müəllif
Axar.az
|