Yuxarı

Azərbaycandan gedən maşından 50 milyonluq heroin çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrandan Gürcüstana keçən avtomobildən 200 kiloqram heroin müsadirə edilib.

Axar.az Report-a istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi və Patrul Polisi Departamentlərinin əməkdaşları, Maliyyə Nazirliyinin İstintaq Xidməti və Gəlirlər Xidmətinin Gömrük Departamenti ilə birlikdə xüsusilə külli miqdarda – 200 kiloqram heroini müsadirə ediblər.

Müsadirə olunan narkotiklərin "qara bazar"dakı dəyəri 50 milyon dolları ötür.

DİN-də keçirilən brifinqdə bildirilib ki, hadisə ilə bağlı İran İslam Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü M.B. saxlanılıb:

"Hüquq-mühafizə orqanları təqsirləndirilənin idarə etdiyi, "balıq yemi" ilə yüklənmiş yük avtomobilindən 8 ədəd çanta içərisində 200 kiloqram heroin aşkar edərək götürüb. Əldə olunan sübutlar göstərir ki, avtomobil İrandan Azərbaycana, oradan isə Gürcüstana "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsindən keçib".

Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətdə əli olduğu iddia edilən digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün istintaq davam edir.

"Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin "a" bəndi və 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutan 262-ci maddəsinin 4-cü hissəsinin "a" bəndi ilə istintaq aparılır", - daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze qeyd edib.

Tarix
2025.09.27 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

Senatorlar Şuşa və Xankəndidə - Foto

Qarabağ sonsuza qədər Azərbaycandır - Ərdoğan

Prezident Gəncədə "Bakı Bus"da - Foto

44 günün görünməyən tərəfləri - Video

Prezident şəhidlərin xatirəsini Gəncədə yad etdi

İlham Əliyev Yevlaxda...

Türkiyə XİN Anım Günü ilə bağlı paylaşım etdi

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

2020-ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi

Rusiya Şahlar Novruzova qarşı iddia qaldırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla