Yuxarı

Robert Prosineçki yenə millimizi çalışdıracaq?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Robert Prosineçki yenə millimizi çalışdıracaq?

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi postuna kimin təyin olunacağı yaxın günlərdə məlum olacaq.

Axar.az Bizim.media-ya istinadən xəbər verir ki, Ayxan Abbasovun ölkənin əsas komandasının "sükanı arxasında" qalıb-qalmayacağı gələn həftə bəlli olacaq. Assosiasiya ilə 44 yaşlı mütəxəssis arasında danışıqlar davam edir.

Məlumata görə, Abbasovla razılıq əldə olunmayacağı təqdirdə baş məşqçi postu əcnəbi mütəxəssisə tapşırılacaq. Artıq bu yöndə ilkin danışıqlar olub və razılıq əldə edilib. Rəsmilər ehtiyat variant kimi vaxtilə yığmanı çalışdırmış Robert Prosineçki ilə təmas qurublar və xorvatiyalı mütəxəssis yenidən Azərbaycanda işləməyə isti yanaşıb.

Qeyd edək ki, 56 yaşlı xorvat 2014-cü ilin dekabrından 2017-ci ilin noyabrına qədər Azərbaycan yığmasının baş məşqçisi olub.

Tarix
2025.09.27 / 16:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

Şahin Mustafayev Overçukla görüşdü

İlham Əliyev Türküstanda mədəni məkanlarda oldu - Foto

Metropoliten rəisi vəzifəsinin məsuliyyətini dərk etmir

300 min azərbaycanlının qayıdışından kim danışır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla