Yuxarı

Çinli keçmiş nazir edam cəzasına məhkum edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin keçmiş kənd təsərrüfatı və kənd işləri naziri Tan Rencien külli miqdarda rüşvət aldığına görə iki il möhlətlə edam cəzasına məhkum edilib.

Axar.az xəbər verir ki, Çançun şəhər xalq məhkəməsinin verdiyi hökmə əsasən, keçmiş nazir siyasi hüquqlarından ömürlük məhrum edilib. Bundan başqa, onun bütün şəxsi əmlakı müsadirə olunacaq və rüşvətdən əldə etdiyi qeyri-qanuni gəlirlər bərpa olunaraq dövlət xəzinəsinə təhvil veriləcək.

Məhkəmə bəyan edib ki, Tan Rencien 2007-2024-cü illərdə müxtəlif vəzifələrdə işləyərkən biznes əməliyyatı, layihə müqaviləsi bağlamaq və işə düzəltmək kimi məsələlərdə başqalarına kömək etmək üçün həm mərkəzi, həm də yerli səviyyələrdə müxtəlif vəzifələrindən istifadə edib. Bunun müqabilində o, ümumi dəyəri 268 milyon yuandan (təxminən 38 milyon ABŞ dolları) çox olan pul və qiymətli əşyaları rüşvət kimi alıb. Məhkəmə onun dövlətin və xalqın mənafeyinə böyük zərər vuran cinayətlərinin ölüm cəzasına məhkum edilməsinə qərar verib.

Sabiq nazir günahını boynuna alıb və son ifadəsində peşman olduğunu bildirib.

Qeyd edək ki, 1962-ci il təvəllüdlü Tan Rencian karyerasının ilk illərində Kənd Təsərrüfatı və Kənd Məsələləri Nazirliyində işləyib. 2014-cü ildə Quansi Cuan Muxtar Rayonu qubernatorunun müavini təyin olunub. 2017-ci ildən Qansu əyalətinin qubernatoru vəzifəsini müvəqqəti icra edib. 2020-2024-cü illərdə kənd təsərrüfatı və kənd məsələləri naziri işləyib.

Tarix
2025.09.28 / 16:13
Müəllif
Axar.az
Digər xəbərlər

VHP Ali Məclisi növbəti sessiyasını keçirdi

Adnanın SOCAR-ın sabiq məşhur ismi ilə əlaqəsi üzə çıxdı

Xalqımız İlham Əliyevin rəhbərliyi ilə bunu edir - Deputat

Prezidentin BMT-də nitqi dünya üçün mesaj idi - Qafarov

Yenidən seçilsək, referendum təşkil edəcəyik - Paşinyan

Mirzoyanla görüşdüm, Bakı ilə sazişi müzakirə etdik

Türkiyə MN Azərbaycanla bağlı paylaşım etdi

Prezidentin yanındakı kiçik qız danışdı: Onu çox sevdim - Video

Bakı ilə razılığa gəlmişik - Paşinyan

Tatardan Azərbaycanla bağlı mühüm sözlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla