Yuxarı

Rusiyadan şok: Ukraynaya qarşı 80 min zərbə dronu...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan şok: Ukraynaya qarşı 80 min zərbə dronu...

Keçən qış Rusiya təcavüzü nəticəsində Ukraynanın kritik infrastrukturunun 80%-ə qədəri dağıdıldı və ya zədələndi. Son aylarda Ukrayna rusiyalı işğalçıların yeni zərbə kampaniyasına hazırlaşmağa çalışıb.

Axar.az xəbər verir ki, bunu avstriyalı polkovnik Markus Raysner NTV-yə müsahibəsində bildirib.

Polkovnik qeyd edib ki, Ukrayna Prezidenti Vladimir Zelenski müttəfiqlərə daha çox hava hücumundan müdafiə sistemləri və sursat vermələri üçün təzyiq göstərib.

Polkovnik əlavə edib ki, Kiyev istehsal güclərini də Rusiyanın hücum edə bilmədiyi NATO ölkələrinin ərazisinə köçürür.

Ukrayna xüsusi xidmət orqanlarının məlumatlarına istinad edən Markus Raysner vurğulayıb ki, bu il Rusiya 30-40 min “Geran-2” dronu, 5700 “Harpia-1” dronu, həmçinin təxminən 34 min “Gerbera” pilotsuz aparatı və imitator istehsal etməyi planlaşdırır:

“Ümumilikdə təqribən 80 min zərbə və imitasiya dronu. Buna əlavə olaraq 2500-ə qədər qanadlı, ballistik və hipersəs raketi gəlir. Son hücumun videogörüntüləri göstərir ki, “Geran-2” dronları indi həm də hədəflənmiş hücumlar və yarımstansiyaların məhv edilməsi üçün istifadə olunur”.

Tarix
2025.09.30 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa edi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla