Yuxarı

Peyk görüntüləri: Rusiya Arktikada müdafiəni gücləndirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Peyk görüntüləri: Rusiya Arktikada müdafiəni gücləndirir

Ukrayna dronlarının Rusiyanın enerji və hərbi obyektlərinə hücumları fonunda Rusiya Novaya Zemlya arxipelaqındakı nüvə poliqonunun müdafiəsini gücləndirmək qərarına gəlib.

Axar.az xəbər verir ki, müdafiə qurğularını “Barents Observer” nəşrinin jurnalistləri peyk şəkillərini təhlil edərkən aşkar ediblər.

Söhbət Arxangelsk vilayətinin Severni qəsəbəsində yerləşən nüvə sınaqları poliqonu və onun təminat bazasından gedir. Bu ərazi Ukraynadan 2500 kilometrdən çox məsafədə yerləşir.

Məqalə müəlliflərinin yazdığına görə, 1950-ci illərdən bəri burada yüzlərlə atom partlayışı həyata keçirilib.

“Google Earth” xidmətinin görüntülərində görünür ki, qəsəbəni yanacaqla təmin edən üç sıra yanacaq çənləri qoruyucu metal torlarla örtülüb:

“Bu torlar dronların birbaşa çənlərin üzərində partlamasının qarşısını almağa və nəticədə yanacağın alışmasına mane olmağa yönəlib”.

Məqalədə qeyd olunur ki, Severni liman kompleksinin yaxınlığındakı çənlərdə nüvə poliqonunda istifadə olunan nəqliyyat vasitələri üçün yanacaq saxlanılır. Qəsəbənin mərkəzinə daha yaxın hissəsində isə mərkəzi istilik və elektrik təchizatı üçün istifadə olunan mazut çənləri yerləşir.

“Görüntülərdən aydın olur ki, mazut çənləri torlarla örtülməyib, eləcə də Severni yaxınlığındakı helikopter meydançasında yerləşən bir neçə aviasiya yanacağı çəni də açıq vəziyyətdədir. Mavi rəngli bu torlar digər hərbi obyektlərdə, məsələn, artıq Ukrayna dronlarının hücumuna məruz qalmış Murmanskın cənubundakı Olenya aviabazasında yanacaq çənlərini örtmək üçün istifadə olunan torlara bənzəyir”, – deyə məqalədə bildirilir.

Tarix
2025.10.07 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla