Yuxarı

Rusiya-Ukrayna müharibəsinin ABŞ-a mənfi təsiri...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya-Ukrayna müharibəsinin ABŞ-a mənfi təsiri...

Rusiya-Ukrayna müharibəsi Avropaya böyük sərmayə qoyan və gəlirləri Rusiyanın təcavüzü nəticəsində yaranan qeyri-müəyyənlikdən əziyyət çəkən Amerika şirkətlərinə mənfi təsir göstərir.

Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədr müavini Valdis Dombrovskis deyib.

Onun sözlərinə görə, 2023-cü ildə Amerika şirkətlərinin Avropadakı aktivləri 19,2 trilyon dollar təşkil edib ki, bu da Amerika korporasiyalarının dünya üzrə bütün xarici aktivlərinin təxminən 64%-ni təşkil edir. Amerika şirkətlərinin Avropadakı törəmə şirkətlərindən satışları isə 3,9 trilyon dollar təşkil edib.

"ABŞ-ın korporativ maraqları üçün Avropa - bazar, aktivlər mənbəyi və inteqrasiya olunmuş təchizat zəncirlərində həyati bir həlqə kimidir”, - o qeyd edib.

Dombrovskis bildirib ki, Avropa Birliyi Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsini onun təhlükəsizliyinə təhdid kimi qiymətləndirir və buna görə də hücum halında Moskvanı çəkindirmək üçün müdafiəsini xeyli gücləndirib:

"Rusiya Prezidenti Vladimir Putinin təcavüzü, təhdidləri, mülki əhaliyə amansız raket və dron hücumları, kritik infrastruktura hibrid hücumları və s. təkcə ağır cinayətlər və mənəvi təhqirlər deyil, həm də biznes üçün zərərlidir. Bu, Amerikanın xarici siyasətinə təsir edən mühüm amil hesab edilməlidir”.

Tarix
2025.10.15 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla