Yuxarı

Strateji dönüş: Hindistan ABŞ-dan bu idxalı kəskin artırır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Strateji dönüş: Hindistan ABŞ-dan bu idxalı kəskin artırır

Hindistanın dövlət neft emalı zavodları gələn ildən başlayaraq ABŞ-dan 2,2 milyon ton mayeləşdirilmiş qaz idxalı üçün ilk uzunmüddətli müqavilə imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” nəşri məlumat yayıb.

Qeyd olunur ki, bu, Vaşinqton və Yeni Dehli arasında ticarət sazişinin bağlanmasına təkan verə və ABŞ qazının Hindistana ixracını əhəmiyyətli dərəcədə artıra bilər. Hindistanın neft naziri Hardip Puri bildirib ki, müqavilə ölkədə Amerika mənşəli mayeləşdirilmiş qazın payını 0,6%-dən 10%-ə yüksəldəcək.

Bu kontekstdə bildirilir ki, Hindistanda mayeləşdirilmiş qazın istehlakı son on ildə 74% artıb. Buna Baş nazir Narendra Modinin aztəminatlı ailələrin biokütlədən daha təmiz yemək bişirmə yanacağina keçidinə kömək etməyə yönəlmiş kampaniyası səbəb olub.

Jurnalistlər imzalanmış müqaviləni Hindistan və ABŞ arasında enerji əlaqələrini gücləndirməyə yönəlmiş strateji addım kimi qiymətləndirirlər. Çünki Yeni Dehli ABŞ bazarına ixrac edilən Hindistan məhsullarına tətbiq olunan rüsumların azaldılması məqsədilə Vaşinqtonla ticarət sazişi bağlamağa çalışır.

Tarix
2025.11.18 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla