Yuxarı

Almaniyadan İstanbula gələn ailənin ölüm səbəbi bilindi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyadan İstanbula gələn ailənin ölüm səbəbi bilindi

İstanbulda Böcek ailəsinin faciəli ölümü ilə bağlı Məhkəmə-Tibbi Ekspertiza İdarəsi yekun rəyini istintaqa təqdim edib.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, ekspertiza ailə üzvlərinin fosfin qazından zəhərlənməsi nəticəsində həyatını itirdiyini göstərən dəlillər aşkarlayıb. Fosfin qazının “alüminium fosfit” adlı kimyəvi maddənin istifadəsi zamanı ortaya çıxdığı bildirilir. İstintaq çərçivəsində aparılan araşdırmalarda hoteldə həyata keçirilən dezinfeksiya prosesində bu maddənin tətbiq olunduğuna dair izlər müəyyən edilib.

Xatırladaq ki, Almaniyadan gələn Böcek ailəsinin üzvləri noyabrın 12-də Fatihdəki hoteldən xəstəxanaya aparılmış, əvvəlcə uşaqlar və ana, daha sonra isə ata Servet Böcek həyatını itirmişdi.

Onu da bildirək ki, ailə ilə eyni hoteldə qalan iki turist də oxşar simptomlarla xəstəxanaya yerləşdirilmiş, daha bir nəfər müşahidə üçün klinikada saxlanılmışdı. Hadisədən sonra polis hotelin fəaliyyətini müvəqqəti dayandıraraq onu möhürləmişdi.

Tarix
2025.11.25 / 22:46
Müəllif
Axar.az
Digər xəbərlər

Samirə Əfəndi: Qazaxıstanda məni öldürüb atsaydılar... - Video

Xələf Xələfov Hakan Fidanla görüşdü

Vardanyanın məhkəməsi: onların ifadələri dinlənildi

30 təşkilat azərbaycanlı məhbuslara görə bəyanat yaydı

Ceyhun Bayramov Vatikanın arxiyepiskopu ilə görüşdü

İlham Əliyevlə Bruney Sultanı arasında məktub mübadiləsi...

Azərbaycan-Gürcüstan birgə şirkəti bu tenderdən kənarlaşdırıldı

ABŞ Azərbaycan qazının satılmasının qarşısını alıb?

Qazaxıstan AZAL təyyarəsi ilə bağlı daha bir açıqlama yaydı

Hansı “yerli istehsal” üçün vergini artırırlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla