Yuxarı

Bakıda telefonu açanda bunu deyirlər, elə bil, İrəvandasan

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda telefonu açanda bunu deyirlər, elə bil, İrəvandasan

"Sülh Körpüsü" (Peace Bridge) təşəbbüsü çərçivəsində 21-22 noyabr tarixlərində Bakıya səfər edən erməni ekspertlərin ölkələrinə qayıtdıqdan sonra mətbuat konfransında Bakı ilə bağlı səsləndirdiyi fikirlər maraqla qarşılanıb.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, İrəvanda mətbuat konfransı zamanı səfəri şərh edən nümayəndə heyəti iki xalq və ölkələr arasındakı təəccüblü oxşarlıqlardan danışıb.

Erməni ekspertlər oxşarlıqları vurğulayarkən Bakıda, ya İrəvanda olduqlarını unutduqlarını qeyd ediblər.

"Ən çox yayılan şey o idi ki, telefonda danışanda, ya da zəngə cavab verəndə, "hə, brat" deyirlər. Bax o "hə, brat"ı elə deyirlər, həmin anda sənə elə gəlir ki, ermənicə danışırlar. Bu baxımdan o qədər oxşarlıq var ki, hətta çox təəccüblü gəlirdi", - QHT rəhbəri Areq Koçinyan bildirib.

Qeyd edək ki, beş nəfərdən ibarət nümayəndə heyəti 21-22 noyabr tarixlərində Bakıda vasitəçisiz dialoq formatında görüşlər keçiriblər.

Daha ətraflı videoda:

Tarix
2025.11.25 / 23:52
Müəllif
Axar.az
Digər xəbərlər

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

XİN-də yeni informasiya sistemi yaradılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla