Yuxarı

Rusiya 4 ildir ala bilmədiyi bu iki şəhəri tələb edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya 4 ildir ala bilmədiyi bu iki şəhəri tələb edir

Ukrayna hazırda son dərəcə çətin bir seçim qarşısındadır. Rusiya Donetsk vilayətində Ukraynanın nəzarətində qalan bütün ərazilərdən - o cümlədən strateji əhəmiyyətli Slovyansk və Kramatorsk şəhərlərindən - tam geri çəkilməsini tələb edir. Moskva illərdir bu şəhərləri ələ keçirə bilməsə də, indi Kiyevdən onların tam boşaldılmasını istəyir.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşri yazıb.

Nəşrin məlumatına görə, Kiyev faktiki olaraq kapitulyasiya anlamına gələn bu planı gözlənildiyi kimi qəbul etmir. Lakin döyüşlərin davam etdirilməsi də ciddi risklər yaradır: cəbhədə vəziyyət ağırlaşır, şəxsi heyət çatışmazlığı, texnika itkisi artır, Rusiya isə hücum əməliyyatlarını genişləndirir. Məqalədə bildirilir ki, əgər mövcud şərait dəyişməsə, Moskva 2026-cı ilə qədər bütün Donbasa nəzarət edə bilər.

FT-nin müəllifləri qeyd edir ki, Ukrayna “məntiq tələsinə” düşüb - hansı qərar qəbul olunursa olunsun, ağır nəticələr qaçılmazdır: “qüsurlu sülh”lə barışmaq və ya daha da böyük eskalasiya riskini qəbul etmək. Siyasi analitik Den Reyter hesab edir ki, müharibənin başa çatması üçün tərəflər arasında etimad və balanslı hərbi vəziyyət lazımdır. Hazırkı münaqişədə isə əsas problem öhdəliklərin təminatıdır - nə ABŞ, nə də Avropa Kiyevə uzunmüddətli təhlükəsizlik zəmanəti verə bilir.

Məqalədə vurğulanır ki, təklif olunan “sülh planındakı” qeyri-müəyyən məcburetmə mexanizmləri etimad çatışmazlığını aradan qaldırmır. Aydın təminatlar olmadan Ukrayna ərazi itirə bilər, Rusiya isə münasib şəraitdə hücumu bərpa etməyə cəhd göstərə bilər.

Bununla belə, jurnalistlər bildirir ki, cəbhə tam çökmə həddində deyil - Ukrayna ordusu döyüş qabiliyyətini saxlayır və Rusiyanın Slovyanskla Kramatorsku 2026-cı ildə ələ keçirməsi asan olmayacaq. Lakin ümumi dinamika Kiyev üçün əlverişsizdir - Moskvanın resursları daha genişdir və bu, onun danışıqlardakı mövqelərini gücləndirir.

FT xəbərdarlıq edir ki, ərazi itkisinə və müdafiə suverenliyinin məhdudlaşdırılmasına əsaslanan sülh planının qəbul edilməsi ölkədə siyasi və hərbi rəhbərlik arasında etimad böhranı yarada bilər. Təklifdən imtina isə daha çox tükənmə və itkilərlə nəticələnə bilər. Nəticədə, Ukraynanın seçimi bir dilemma ilə məhdudlaşır: “İndi pis, yoxsa gələcəkdə daha pis?”.

Tarix
2025.11.29 / 11:49
Müəllif
Axar.az
Digər xəbərlər

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla