Yuxarı

ABŞ-Rusiya danışıqları nə ilə nəticələndi? - Markov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-Rusiya danışıqları nə ilə nəticələndi? - Markov

Rusiyalı tanınmış politoloq Sergey Markov Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın komandası ilə danışıqlarının nəticələri haqda qənaətini bölüşüb.

Axar.az xəbər verir ki, Markov fikirlərini 10 bənddə ümumiləşdirib.

“1. Danışıqlar beş saat davam etdi və gecə saatlarında başa çatdı;

2. Sülh razılaşması əldə edilmədi;

3. Danışıqlar pozitiv keçdi;

4. Danışıqların mahiyyəti barədə heç nəyi ictimaiyyətə açıqlamamaq qərarına gəliblər;

5. Amerikalıların gətirdiyi 28 maddəlik planı və daha 4 sənədi müzakirə ediblər. Lakin bu sənədlərin nə olduğu belə açıqlanmadı;

6. Trampın komandası Trampın isti şəxsi arzularını Putinə çatdırdı. Putin isə öz xoş arzularını Trampa çatdırdı. Putin və Tramp arasında görüş hələ planlaşdırılmır;

7. Uşakov Ukrayna qüvvələrinin Donbasdan bir gecədə çıxarılması məsələsinin vacibliyini vurğuladı, Rubio Ukrayna ordusunun Donbasdan çıxarılması məsələsinin ən vacib məsələ olduğunu bildirdi. Bu, Rusiyanın əsas məsələnin ümumiyyətlə təhlükəsizlik məsələləri olması barədə bəyanatlarına ziddir;

8. Uitkoff və Kuşneri daşıyan təyyarə dərhal ABŞ-a yola düşüb, Zelenski ilə danışmaq üçün belə Avropada dayanmayıb. Baxmayaraq ki, Zelenski danışmağa həvəsli idi və yolda onunla danışıq aparılması üçün xahiş etmişdi;

9. Putinlə görüşdən sonra Uitkoff ABŞ səfirliyinin binasından Trampla əlaqə saxlayıb və görüş barədə ona məlumat verib. Lakin indiyə qədər Trampdan heç bir açıqlama olmayıb;

10. Müzakirə konkret məqamlara deyil, ümumi prinsiplərə yönəlib”, - o bildirib.

Tarix
2025.12.03 / 12:03
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla