"Qarabağ" azarkeşlərinə görə cərimələndi
15:14
| Ana səhifə Planet |
|
Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan hüquq-mühafizə orqanlarının onun odlu silahlarını müsadirə etmək niyyəti ilə bağlı Ermənistan Daxili İşlər Nazirliyinə qarşı iddia qaldırıb.
Axar.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
“Diplomat İnzibati Məhkəməyə müraciət edərək, nazirliyin üç şəxsi tapançanı – “Walther”, “Beretta-92” və “Glock 42”-nin müsadirə etməməsini və ya sıradan çıxarmamasını tələb edib. Ermənistan Daxili İşlər Nazirliyi illər ərzində, o cümlədən yüksək vəzifəli məmurlara verilən silah icazələrinin auditini aparır. Bəzi hallarda yoxlamalardan sonra silahlar müsadirə olunur və ya zərərsizləşdirilir”, - məlumatda deyilib.
|
Tarix
2025.12.16 / 11:27
|
Müəllif
Zeynəb Əkbər
|