Yuxarı

Elgiz Alxanova ağır cəza verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elgiz Alxanova ağır cəza verildi

Abşeron rayonunda yerləşən “Həyat üçün şans” reabilitasiya mərkəzinə müalicə üçün gətirilən və bir gün sonra orada dünyasını dəyişən Pərviz Zərdan oğlu Həsənovun ölümü ilə bağlı daha bir məhkəmə prosesi başa çatıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə “Həyat üçün şans” reabilitasiya mərkəzinin direktoru Elgiz Alxanova hökm oxunub.

Hökmə əsasən, Elgiz Alxanov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, adam oğurluğunda, vəzifə səlahiyyətlərini aşmada, cinayətin təşkilində və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə ittiham olunub.

Hadisəyə görə təqsirləndirilən daha üç nəfərə isə şərti cəza verilib.

Qeyd edək ki, hadisə ötən il baş verib. Pərviz Zərdan oğlu Həsənovun yaxınları onun “Həyat üçün şans”da müalicə olunması üçün Elgiz Alxanovla əlaqə saxlayıblar. Elgiz Alxanovun tapşırığı ilə Pərviz Həsənov rebilitasiya mərkəzinə qanunsuz olaraq zorla, qolu qandallı şəkildə gətirilib. Pərviz orada qalmaq istəmədiyi bildirdikdən sonra getmək qərarına gəlib, bu zaman ona mane olublar. Halı pisləşən Pərviz Həsənovun orada ürəyi dayanıb və keçinib.

Tarix
2025.12.16 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla