Yuxarı

ABŞ Suriyada antiterror əməliyyatına başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Suriyada antiterror əməliyyatına başladı

ABŞ Silahlı Qüvvələri Suriyada İŞİD terror qruplaşmasının döyüşçülərinə qarşı antiterror əməliyyatına başlayıb. Bu addım Palmirada amerikalı hərbçilərə edilən hücuma cavab olaraq atılıb.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın hərbi naziri Pit Heqset deyib.

Onun sözlərinə görə, "Hawkeye Strike" ("Şahin gözü zərbəsi") əməliyyatı İŞİD döyüşçülərinin, infrastruktur obyektlərinin və silah anbarlarının məhv edilməsinə yönəlib:

“Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır”.

O, həmçinin qeyd edib ki, əməliyyat zamanı ABŞ hərbçiləri artıq bir sıra döyüşçüləri zərərsizləşdiriblər və fəaliyyətlərini davam etdirməyə niyyətlidirlər.

"Bu gün biz düşmənlərimizi izlədik və öldürdük. Davam edəcəyik", – Pentaqon rəhbəri əlavə edib.

Tarix
2025.12.20 / 09:09
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

Bu, həyata keçirəcəyimiz ən böyük layihədir

Azərbaycan nümayəndə heyəti Ermənistanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla