Yuxarı

Saakaşvili 2022-ci ildən bəri ilk dəfə məhkəməyə gəldi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saakaşvili 2022-ci ildən bəri ilk dəfə məhkəməyə gəldi

Həbsxanada cəza çəkən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili 2022-ci ilin aprel ayından bəri ilk dəfə olaraq ona qarşı keçirilən məhkəmə iclasında iştirak edib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə yerli televiziya kanalları məlumat yayıb.

Bu gün Tiflis məhkəməsi 2007-ci ilin noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması ilə bağlı işə baxıb.

Xatırladaq ki, Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib və bundan sonra ölkədə ona qarşı dörd cinayət işi açılıb. O bunlardan ikisinə görə qiyabi olaraq üç və altı il müddətinə həbs cəzasına məhkum edilib.

2021-ci ilin oktyabrında Saakaşvili gizlicə Gürcüstana gəlib və saxlanılıb. Sonradan ona qarşı sərhədi qanunsuz keçməklə bağlı ittiham elan edilib. 2022-ci ilin may ayında səhhətinin pisləşməsi səbəbindən o, Tiflisdəki özəl klinikaya köçürülüb və 2025-ci ilin noyabr ayına qədər orada qalıb. Klinikada olarkən Saakaşvili bəzən videobağlantı vasitəsilə məhkəmə iclaslarına qoşulub.

2025-ci ilin martın 12-də Saakaşvili büdcə vəsaitlərinin mənimsənilməsinə görə doqquz il, martın 17-də isə sərhədi qanunsuz keçməkdə ittiham olunaraq dörd il altı ay müddətinə azadlıqdan məhrum edilib.

Saakaşvilinin ümumi cəzası 12 il 6 aydır və 2034-cü ilin ortalarında bitir. Həmçinin 2025-ci il noyabrın 6-da Gürcüstan Baş Prokurorluğu Saakaşviliyə qarşı sabotaj və hökuməti devirməyə çağırışlar ittihamı ilə yeni bir iş açıldığını bəyan edib.

Tarix
2026.01.22 / 16:57
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla