Yuxarı

Rusiya rekord endirimlərlə neft ixracını xilas edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya rekord endirimlərlə neft ixracını xilas edir

Bu həftə Çin üçün Rusiya neftinə tətbiq olunan endirimlər yeni rekorda çatıb. Buna ABŞ Prezidenti Donald Trampın Hindistanla ticarət sazişinin bağlanması ilə bağlı açıqlaması səbəb olub. Həmin saziş Yeni Dehlinin Rusiya neftinin idxalını dayandırmasını nəzərdə tutur.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrə görə, “ESPO Blend” markalı neftə tətbiq olunan endirim son aylarda 7–8 dollar olduğu halda, bu həftə demək olar ki, bir barrel üçün 9 dollara yüksəlib. Eyni zamanda, Baltik limanlarından Hindistana ixrac edilən və Rusiyanın ən populyar nefti sayılan “Urals” markasına tətbiq olunan endirimin də artacağı proqnozlaşdırılır. Hazırda bu diskont bir barrel üçün 12 dollar təşkil edir.

“Vortexa” şirkətinin analitiki Emma Li qeyd edir ki, Hindistanın Rusiya neftindən imtina etməsi ehtimalı endirimlərin daha da artmasına gətirib çıxara bilər və bu da Çinin özəl neft emalı zavodlarını Rusiya neftinin idxalını artırmağa təşviq edəcək.

O əlavə edib ki, Çinin dövlətə məxsus neft emalı zavodları ABŞ-ın Rusiya istehsalçıları “Lukoyl” və “Rosneft”ə sanksiyalar tətbiq etdiyi oktyabr ayından bəri Rusiya neftinin alışını dayandırıblar.

Bununla belə, “JPMorqan” analitikləri hesab edirlər ki, ABŞ-la ticarət sazişi bağlansa belə, Hindistan Rusiya neftindən tamamilə imtina etməyəcək:

“Əsas ssenari ondan ibarətdir ki, ticarət sazişindən sonra Hindistan gündəlik 800 min – 1 milyon barrel həcmində Rusiya nefti idxal edəcək”.

Tarix
2026.02.06 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla